Icma.az
close
up
RU
İlham Əliyev dünyaya mesaj verdi ki, sülh sözdə deyil, əməldə özünü göstərməlidir Komitə sədri

İlham Əliyev dünyaya mesaj verdi ki, sülh sözdə deyil, əməldə özünü göstərməlidir Komitə sədri

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışında bir sıra vacib məsələlərə toxunub və mühüm mesajlar verib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən fəaliyyətinin bütün dövrlərində sülhün, əməkdaşlığın, demokratiyanın, sağlam münasibətlərin tərəfdarı olduğunu bəyan edib və bunu əməli işlərində həyata keçirib.

Onun sözlərinə görə, BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında da dövlətimizin rəhbəri bunu bir daha sübut etdi:

"O, dünyaya mesajlarını verdi və bildirdi ki, sülh sözdə deyil, əməldə özünü göstərməlidir. Qanunun aliliyinə hörmət edilməlidir və ikili standartlar aradan qaldırılmalıdır. Çünki Azərbaycan ikili standartlardan, ədalətsizlikdən, qanuna laqeydlikdən və sözlə əməl arasındakı uyğunsuzluqdan çox böyük bəlalar çəkib, əziyyətlər görüb. Çıxışında dövlətimizin rəhbəri bu çətinlikləri, şəhər və kəndlərin dağıdılmasını, Azərbaycan torpaqlarının 30 il düşmən tapdağı altında qalmasını və beynəlxalq təşkilatların bu təcavüzə laqeydliyini bir daha qeyd etdi. Bildirdi ki, "mən dəfələrlə bu tribunalardan bizə qarşı edilmiş ədalətsizlikləri və əziyyəti dilə gətirmişəm və bu gün də bunu deyirəm"".

Millət vəkili əlavə etdi ki, ölkə rəhbəri istədiyini, ürəyindən keçənləri bir daha bildirdi və qeyd etdi ki, Azərbaycan xalqı öz gücü, iqtisadi yüksəlişi və beynəlxalq aləmdə qazandığı nüfuz sayəsində düşmənin başını əzdi, BMT Təhlükəsizlik Şurasının erməni təcavüzkarlarının işğal etdikləri torpaqlardan çıxmasına dair dörd qətnaməsini, eləcə də BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququndan istifadə edərək taleyini özü həll etdi.

"Düşmən ölkədən torpaqlarımızı təmizlədik və suverenliyimizi tam bərpa etdik. Bu həm də yeni bir dövrün başlanğıcı və yeni uğurların əldə olunması deməkdir. Bu qələbə dünyaya Azərbaycan xalqının qüdrətini, mübarizliyini, ordunun gücünü, həmçinin iqtisadiyyatın davamlılığını göstərdi. İlk növbədə, dövlət başçısının müdrikliyi, inamı və qətiyyəti ortaya çıxdı. Vurğulandı ki, xalqla və ordu ilə birlikdə olmaq ən çətin vəziyyətləri aradan qaldırmaq və düşmənin başını əzmək mümkündür. Bütün bunlar BMT Təhlükəsizlik Şurası, Minsk qrupu və aparıcı dövlətlərin vaxtında ədalətli mövqe tutmaması nəticəsində baş verib. Əks halda, qırğınlara, insan tələfatına və şəhərlərin, kəndlərin dağıdılmasına yol verilməzdi. Ancaq bu çətinliklər geridə qalıb və bu gün Azərbaycan qürurludur. Prezident də ən ali kürsüdən Azərbaycan xalqının qələbəsini, perspektivləri və uğurları dünyaya çatdırır və bundan qürur duyduğunu bir daha bəyan edir. Bu səbəbdən hər birimiz qürurlanırıq, çünki Vətənimiz tanınır, xalqımız inkişaf edir, torpaqlarımız azaddır, suverenliyimiz tam bərpa olunub və dünya Azərbaycanla hesablaşır", - deyə Tahir Rzayev vurğuladı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri