Icma.az
close
up
RU
Ahıl yaşında olmasaydı, yəqin ki, həbs qətimkan tədbiri seçilərdi QÜDRƏT HƏSƏNQULİYEV

Ahıl yaşında olmasaydı, yəqin ki, həbs qətimkan tədbiri seçilərdi QÜDRƏT HƏSƏNQULİYEV

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasına münasibət bildirib.

Gununsesi.info  partiya liderinin Teleqraf-a müsahibəsini təqdim edir:

– Ramiz Mehdiyev barədə ev həbsi qətimkan tədbiri seçilib. O, dövlətə qarşı cinayətlər törətməkdə ittiham olunur. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

– Ramiz Mehdiyevə hansı maddələrlə ittiham elan olunduğunu bilsək də, istintaq orqanı tərəfindən onun kimlərlə və hansı dövlətlə, yaxud dövlətlərlə, kimlərin vasitəsilə cinayət əlaqəsi yaratması barədə məlumatlar verilməyib. Adnan Əhmədzadə işində olduğu kimi, hamı ehtimallar üzərində danışır. Onu da bilmirik ki, bu iki cinayət işi arasında əlaqə varmı. Bir onu deyə bilərəm ki, kifayət qədər əsaslar olmasa, dövlətdə uzun illər çox yüksək vəzifə tutmuş, dövlətin ali ordeni ilə təltif olunmuş bir şəxs barəsində cinayət işi başlanılmaz və məhkəmə ev dustaqlığı barədə qərar qəbul etməzdi. Ahıl yaşında olmasaydı, yəqin ki,həbs qətimkan tədbiri seçilərdi. İstintaq təcrübəsi göstərir ki, ibtidai araşdırmalar zamanı hansısa maddələr götürülə bilər, yaxud əlavə ittihamlar irəli sürülə bilər. İbtidai istintaqın sonunu və məhkəmə qərarlarını gözləməliyik.

– 87 yaşında və səhhətində ciddi problemlərin olduğu açıq-aydın sezilən bir şəxsin antikonstitusion yolla hakimiyyəti ələ keçirmək cəhdi bəzi adamlarda müəyyən şübhələr yaradır. Siz nə düşünürsünüz?

– İtaliyan yazıçı Primo Levinin “Batanlar və xilas olanlar” əsərində aforizmə çevrilmiş belə bir ifadə var. “Hakimiyyət uyuşdurucu kimidir, onu sınamayan bilməz. O asılılıq yaradır və hər dəfə daha yüksək doza tələb edir”. Ona görə onun hakimiyyətə gəlmək istəyib- istəməməsi barədə qəti fikir söyləmək olmaz. O qisas almaq motivi ilə hakimiyyətə can atan başqa birisinə kömək məqsədilə də bunu edə bilər və s. Cinayətin motivini istintaq orqanı müəyyənləşdirməlidir.

– Ramiz Mehdiyev çoxdan vəzifəsindən uzaqlaşdırılıb, niyə indi belə bir fikrə düşsün?

– İstintaq orqanının irəli sürdüyü ittihamlar məhkəmədə öz təsdiqini taparsa, bu Rusiya ilə aramızda yaranmış gərginlikdən qaynaqlana bilər. Kimlərsə düşünə bilərdi ki, hakimiyyət dəyişikliyi üçün əlverişli məqam yaranıb. Hər halda, ağla gələn ilk fərziyyə budur. Xatırlayırsınızsa, 2013-cü ilin prezident seçkilərindən öncə Rüstəm İbrahimbəyov Moskvadan Bakıya göndərildi. Onun liderliyi ilə Ziyalılar İttifaqı, Milli Şura yaradıldı. Mili Şura Putinə müraciət etdi ki, böyük demokrat və hüquqi dövlət quran şəxs kimi Azərbaycanda da hüquqi dövlət quruculuğuna yardımçı olsun, İbrahimbəyovu Rusiya vətəndaşlığından azad etsin ki, o Azərbaycanda prezidentliyə namizəd ola bilsin. Sonralar İbrahimbəyov ondan Azərbaycana təzyiq kimi istifadə olunduğunu başa düşdü və yəqin ki, xəcalətindən, başqa bir şeydən yox, bir neçə il sonra dünyasını dəyişdi, sirləri də özü ilə apardı.Tarix göstərir ki, o heç nə öyrətmir. Ona görə hadisələr təkrarlana bilər. Amma bütün bunlar ehtimallardı, son sözü istintaq orqanı deyəcək.

– Sərdar Cəlaloğlunun İsa Qəmbər və Pənah Hüseynlə görüşü bir xeyli müzakirə mövzusu oldu. Bu barədə fikir bildirmək istəyirsinizmi?

– Böyük ehtimalla ya pulunu kəsiblər, ya da sifariş alıb…

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see330

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see171

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see167

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see140

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see139

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see139

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see132

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see131

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see123

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see121

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri