Icma.az
close
up
RU
Ahıska sürgünü: 81 ildir bitməyən vətən həsrəti Sürgün bitməsə də, tarix dəyişib...

Ahıska sürgünü: 81 ildir bitməyən vətən həsrəti Sürgün bitməsə də, tarix dəyişib...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samir Əsədli

1944-cü ilin 14–15 noyabrında Sovet imperiyasının daha bir qeyri-insani olayı yaşandı. Cəmi iki gün ərzində Ahıska bölgəsində yaşayan on minlərlə insan- qadın, uşaq, qoca heç bir xəbərdarlıq olmadan öz evlərindən zorla çıxarıldı. Bu insanların günahı yalnız türk olmaları idi. Onları gözləyən isə naməlum istiqamətə gedən möhürlü vaqonlarda səhralara uzanan bir sürgün yolu idi.

Rəsmi rəqəmlər göstərir ki, 90 minə yaxın Ahıskalı heyvan daşınan qaranlıq, soyuq vaqonlara yüklənərək Orta Asiyaya sürgün edildi. Bu “səyahət” 6 həftə davam etdi. Yol boyunca aclıq, susuzluq, xəstəlik və çarəsizlik minlərlə insanın həyatına son qoydu. Sürgün dövrü mənbələrində təxminən 17 min insanın yolda və ilk aylarda həyatını itirdiyi qeyd olunur.

Bu vaqonlar ölüm kamerasından fərqlənmirdi. İnsanlar günlərlə suya həsrət qalır, aclıqdan halsız düşürdülər. Yağış yağanda susuzluqdan dodaqları çatlamış insanlar vaqonun kiçik dəmir barmaqlıqlarından boylanıb ağızlarını göyə açır, düşən bir-iki damcını tutmaq üçün sanki yağışla yarışırdılar.

Bu damcılar bəzən onların yeganə “suyu”, yeganə ümid işığı olurdu.

Uşaqların ağlama səsi, anaların fəryadı, qocaların çarəsiz baxışları… Nəhayət, bir çoxu gözlərini qarlı Ahıskada yox, Orta Asiyanın sərt çöllərində açdı, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın boz səhralarında.

Sürgün yalnız nəqliyyatla bitmədi. Gətirildikləri bölgələrdə Ahıska türkləri ən ağır işlərə cəlb edildi, gizli nəzarət altında saxlanıldı, hətta bəzi bölgələrdə düşmən kimi göstərildi. Sərt iqlim, yoxsulluq, çox ağır əmək şəraiti onların taleyini illərlə müəyyənləşdirdi.

Sovet rejimi təkcə bir xalqı deyil, bütöv regionları susdurmaq üçün millətləri yerindən-yurdundan didərgin salırdı. Rus imperiya siyasəti xalqların taleyini bir düyməyə basılmış kimi dəyişir, böyük coğrafiyanı sanki “xalq həbsxanası”na çevirirdi. Ahıska türkləri də bu zülmün ən ağırını yaşayanlardan oldu.


Bütün bunlara baxmayaraq, Ahıska türkləri yaşadıqları hər yerdə kəndlər saldı, təsərrüfat qurdu, dillərini və adətlərini qorudu, dağıdılmış həyatlarını yenidən qurmağa çalışdı.

1989-cu ilin yayı Orta Asiyada yeni bir dramın başlanğıcı oldu. Özbəkistanın Fərqanə vadisində Ahıska türklərinə qarşı genişmiqyaslı hücumlar baş verdi. Evlər yandırıldı, insanlar döyüldü, qətlə yetirildi, minlərlə ailə yenidən didərgin düşdü. Bu dəfə qatar vaqonları yox idi, lakin qaçış yenə eyni idi, canını qurtarmaq üçün tələsik tərk edilən evlər və arxada qalan acı xatirələr.

Bu olaydan sonra Ahıska türklərinin bir hissəsi Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrə sığındı. Azərbaycan on minlərlə ailəyə qapısını açdı və onları evlə təmin etdi. Lakin bu sığınma, onların əsil vətənləri olan Ahıskaya dönüş arzularını heç vaxt söndürmədi.


SSRİ dağıldıqdan sonra Ahıska türklərinin əsas istəyi Gürcüstana, doğma Ahıska torpaqlarına qayıtmaq idi. Beynəlxalq təşkilatlar, insan haqları qurumları, xüsusən də Avropa Məhkəməsi bu məsələdə bir sıra qərarlar çıxardı, Gürcüstan isə repatriasiya prosesini öhdəlik kimi qəbul etdi.

Lakin praktika başqa şey göstərdi: qərarların icrası illərdir yubanır, proses faktiki olaraq yerində sayır. Minlərlə ailə hələ də öz dədə-baba yurduna dönə bilmir. Sürgün bitməsə də, tarix dəyişib, amma nəticə dəyişməyib.

Ahıska türkləri bir xalq olaraq XX əsrdə iki dəfə sürgün yaşadı. Birincisi sovet vaqonlarında, ikincisi Fərqanə olaylarında. Bu gün də yüz minlərlə Ahıskalı dünyanın müxtəlif guşələrində yaşasa da, onların qəlbində bir acı dəyişməzdir: Vətən həsrəti.

Bu yazı həm bir xatırlatma, həm də bir çağırışdır: Sürgün 81 il əvvəl olsa da, ağrısı bu gün də davam edir. Dünya bilməlidir. Biz unutmadıq. Unutmarıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri