Aİ 15 fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil edib
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqı Şurası Aİ və Ukraynada sabitliyin pozulmasına yönəlmiş fəaliyyətlərə, o cümlədən məlumatların manipulyasiyası və xarici müdaxiləyə (FIMI) görə doqquz fiziki və altı hüquqi şəxsi sanksiya siyahısına daxil edib.
Bakıvaxtı.az-ın Aİ Şurasına istinadən verdiyi məlumata görə, siyahıya "Rusiya Televiziya və Radio Yayım Şəbəkəsi" federal dövlət müəssisəsi və onun baş direktoru, eləcə də Yeni ərazilərdə kommunikasiya infrastrukturunun inkişafının koordinasiyası departamentinin rəhbəri daxil edilib.
"Rusiya Televiziya və Radio Yayım Şəbəkəsi" işğal olunmuş ərazilərdə Ukrayna yayım sistemlərinin Rusiya hökuməti tərəfindən təsdiqlənmiş məzmun yayan şəbəkə ilə əvəz edilməsində mühüm rol oynayır. Bu fəaliyyətlərin məqsədi fərqli düşüncəni boğmaq, yerli əhalini Rusiya siyasətinə uyğunlaşdırmaq və işğal olunmuş ərazilərdə Ukrayna idarəçiliyini legitimlikdən məhrum etməkdir", - Aİ-nin məlumatında qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 İyul 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















