Aİ ABŞ ilə razılaşdı
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) ABŞ-dən ümumilikdə 750 milyard dollar dəyərində enerji resursları almaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya qoymaq niyyətini təsdiqləyib.
“Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik “X” sosial şəbəkəsində məlumat verib.
“ABŞ və Aİ arasında qarşılıqlı, ədalətli və balanslı ticarətlə bağlı tarixi çərçivə sazişimiz üzərində işi başa çatdırdıq. Aİ 20 trilyon dollarlıq – ABŞ-dən sonra dünyada ikinci ən böyük olan bazarını açmağa razı oldu”, - o yazıb.
Lutnik qeyd edib ki, bu saziş Donald Trampın prezidentliyi dövründə Avropanın enerji tələbatının 750 milyard dollarlıq hissəsini təmin edir, Aİ şirkətləri isə ABŞ-də əlavə olaraq yeni layihələrə 600 milyard dollar sərmayə qoyacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 21 Avqust 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















