Icma.az
close
up
RU
Aİ “Apple”ın iddiasını rədd etdi

Aİ “Apple”ın iddiasını rədd etdi

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) Baş Məhkəməsi ABŞ-nin texnologiya nəhəngi “Apple”ın Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində App Store və iOS əməliyyat sisteminin “gatekeeper” kimi tanınmasına qarşı qaldırdığı iddianı rədd edib.

“Qafqazinfo” xəbər verir ki, Lüksemburqda yerləşən məhkəmə bununla da Avropa Komissiyasının 5 sentyabr 2023-cü il tarixli qərarını qanuni hesab edib və “Apple” üçün nəzərdə tutulan əlavə öhdəliklərin qüvvədə qalmasına qərar verib.

Məhkəmə “Apple”ın müxtəlif cihazlar üçün təqdim olunan App Store versiyalarının ayrıca platforma xidməti kimi qiymətləndirilməli olduğu barədə arqumentini qəbul etməyib. Qərarda vurğulanıb ki, “iPhone”, “iPad” və digər “Apple” cihazlarında fəaliyyət göstərən tətbiq mağazaları fərqli cihazlara xidmət etsə də, eyni funksiyanı yerinə yetirərək tərtibatçıları son istifadəçilərlə əlaqələndirir və vahid platforma xidməti təşkil edir.

Baş Məhkəmə həmçinin “Apple”ın iOS ekosisteminin daha qapalı saxlanılması ilə bağlı etirazlarını da əsassız sayaraq, Avropa Komissiyasının iOS-u “gatekeeper” platforma kimi tanıması qərarını qüvvədə saxlayıb.

Beləliklə, “Apple”ın DMA çərçivəsində iOS və App Store ilə bağlı üzərinə düşən öhdəliklər qüvvədə qalacaq.

Məhkəmə “Apple”ın iMessage xidməti ilə bağlı iddialarını isə prosessual əsaslarla rədd edib.

Qeyd edək ki, Aİ-nin Rəqəmsal Bazarlar Aktı rəqəmsal bazarda rəqabəti gücləndirmək məqsədilə iri texnologiya şirkətlərinə alternativ tətbiq mağazalarına giriş, üçüncü tərəf ödəniş sistemləri, məlumat mübadiləsi və qarşılıqlı fəaliyyət kimi sahələrdə bir sıra öhdəliklər müəyyən edir.

Qanunun tam qüvvəyə minməsindən sonra “Apple” Avropa bazarında alternativ tətbiq mağazalarına və üçüncü tərəf ödəniş sistemlərinə müəyyən dərəcədə çıxış təmin etməyə məcbur olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyul 2026 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri