Aİ Azərbaycan Ermənistan arasında normallaşma prosesinin “mümkün qədər tez” başa çatmasını istəyir
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, Kallas Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında qeyd edib ki, Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdardır.
“Biz ikitərəfli normallaşma istiqamətində əldə edilən irəliləyişdən məmnunuq və bunu tezliklə baş tutacağına inanırıq, çünki Ermənistan və Azərbaycan arasında daha yaxşı münasibətlər regionda davamlı sülhə yol aça bilər”, - deyə o, normallaşma prosesinin "mümkün qədər tez" tamamlanmasını istədiklərini vurğulayıb.
Kaja Kallas, Mirzoyanla Ermənistana Aİ-nin qlobal missiyalarına töhfə verməyə imkan verəcək “çərçivə iştirak sazişi” imzaladıqlarını və viza rejiminin liberallaşdırılması dialoqunda da irəliləyiş əldə olunduğunu bildirib.
Aİ Komissiyasının Qara dənizdə “erkən xəbərdarlıq sistemi” funksiyasını yerinə yetirəcək “Qara Dəniz Dəniz Təhlükəsizliyi Mərkəzi”nin yaradılması təklifini xatırladan Kallas, bu strategiyanı həyata keçirmək üçün Ermənistan da daxil olmaqla bütün tərəfdaşlarla çalışacaqlarını bildirib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 İyun 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















