Icma.az
close
up
RU
Psixoloqdan ŞOK XƏBƏRDARLIQ: Süni intellekt psixoza səbəb olur?

Psixoloqdan ŞOK XƏBƏRDARLIQ: Süni intellekt psixoza səbəb olur?

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Konkret şəkildə demək olmaz ki, süni intellektdən həddindən artıq istifadə birbaşa psixoza səbəb olur. Çünki bu mövzu ilə bağlı hələlik əsaslı elmi araşdırmalar yoxdur. Psixoz daha mürəkkəb bir istiqamətdir və burada genetik meyillər də mühüm rol oynayır. Biz yalnız süni intellektin bəzi hallarda psixozu tətikləyə biləcəyi ilə bağlı ehtimallar və iddialar irəli sürə bilərik. Amma bunu qəti fikir və ya sübut olunmuş nəticə kimi səsləndirmək doğru olmaz".
Bunu Demokrat.az-a açıqlamasında psixoloq İlahə Nəbiyeva deyib. 
O, bildirib ki, hazırda süni intellekt artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və demək olar ki, hər birimiz ondan az və ya çox istifadə edirik:
"İstifadə edən yaş qrupları genişlənir, lakin xüsusilə asanlığa tez alışan və texnologiyaya daha tez güvənən gənclər arasında bu daha sürətlə yayılır. Uşaqlar da artıq bu prosesin içindədir və bu, ciddi nəzarət tələb edir. Çünki uşaqlar bu rahatlığı gördükcə süni intellektdən istifadəyə daha tez meyil göstərirlər".
Psixoloq bildirib ki, müşahidələr göstərir ki, süni intellekt gənclər arasında bəzən “dost”, “qardaş” mövqeyində qəbul olunur:
"Hətta bəzi gənclər süni intellektə ad qoyur, onunla məsləhətləşir və verdiyi cavabları insan fikri kimi qəbul edirlər. Bu isə sosial münasibətlərin zəifləməsi deməkdir. Əvvəllər insanlar bir məlumat üçün bir-birinə zəng edirdi, məsləhət alırdı, ünsiyyət qururdu. İndi isə sadəcə bir söz yazılır və cavab dərhal süni intellektdən alınır. Üstəlik, süni intellektin verdiyi məlumatların bəzən uydurma ola bilməsi də əlavə risk yaradır".
Onun sözlərinə görə, bu proses real sosial əlaqələri zəiflədir və insanlarda sosiallaşmaqdan çəkinmə, münasibət qurmaqdan yayınma kimi hallara səbəb olur:
"Bu təsir müxtəlif yaş qruplarında müşahidə olunsa da, uşaqlarda daha təhlükəlidir. Çünki uşaqlar informasiyanı filtrasiya edə bilmir, deyilənləri olduğu kimi qəbul edirlər. Məntiqi təfəkkür hələ tam formalaşmadığı üçün yanlış möhkəmlənmələr yarana bilər. Yeniyetməlik dövrü onsuz da psixoloji baxımdan həssas mərhələdir. Bu dövrdə xarakter dəyişiklikləri, emosional dalğalanmalar normal sayılır. Süni intellektlə həddindən artıq təmas bu mərhələdə asılılıq yarada, sosiallaşmanı daha da zəiflədə bilər. Süni intellekt insan kimi qavranıldıqda isə real münasibətlər getdikcə arxa plana keçir. Qarşı tərəfdə empatiya, duyğu və real emosional reaksiya olmadığı üçün bu birtərəfli bağlılıq gələcəkdə ciddi fəsadlara yol aça bilər".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Dekabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri