Aİ daxilində gərginlik artır: 90 milyardlıq Ukrayna planı bloklanıb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) mühüm mövzularda, o cümlədən Ukraynanın maliyyələşdirilməsi ilə bağlı məsələlərdə ortaq mövqe nümayiş etdirməkdə çətinlik çəkir.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məqalədə vurğulanır ki, qurum sistematik ifliclə üzləşib.
Avropa Parlamentinin İspaniyadan olan deputatı Naço Sançes Amor qeyd edib:
"Qərarların qəbul edilməsində əsaslı çətinliklərimiz mövcuddur. Hər ay bu vəziyyəti yaradan yeni bir halla rastlaşırıq".
Nəşrin məlumatında bildirilir ki, Macarıstan Ukrayna üçün nəzərdə tutulan 90 milyard avro dəyərindəki krediti və İsrail köçkünlərinə tətbiq ediləcək sanksiyaları əngəlləyir. Məhdudiyyətlərin tərəfdarı olan 26 dövlətdən hər hansı birinin ortaq qərarı təkbaşına bloklamaq imkanı Aİ daxilindəki böhranın sistem xarakterli olduğunu sübut edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 07 Aprel 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















