Icma.az
close
up
RU
Aİ də süni intellektlə bağlı şəffaflıq tələbləri qüvvəyə minib

Aİ də süni intellektlə bağlı şəffaflıq tələbləri qüvvəyə minib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 avqust, AZƏRTAC

Avropa İttifaqında (Aİ) süni intellekt üzrə şəffaflıq tələbləri qüvvəyə minib.

AZƏRTAC DW telekanalına istinadla xəbər verir ki, avqustun 2-də, şənbə günü Avropa İttifaqında ümumi təyinatlı süni intellektə (AI) dair yeni şəffaflıq tələbləri qüvvəyə minib. Bu, mətn və ya şəkillər yaratmaq, həmçinin proqramlaşdırmaq üçün istifadə oluna bilən ChatGPT və Gemini kimi çatbotlara aiddir.

Yeni qaydalar süni intellekt tərtibatçılarından modellərinin necə işlədiyini öyrətmək üçün istifadə olunan məlumatları açıqlamağı tələb edir. Görülən təhlükəsizlik tədbirlərini sənədləşdirmək məqsədilə ictimaiyyət üçün potensial risk mənbələri hesab edilən ən qabaqcıl modellərə nəzarət də tələb olunur. Yeniliklər, digər məsələlərlə yanaşı, əqli mülkiyyətin və müəlliflərin, məzmun sahiblərinin hüquqlarının qorunmasına yönəlib.

Fiziki şəxslər bu cür pozuntulara görə süni intellekt şirkətlərini məhkəməyə verə bilərlər. Avropa Süni İntellekt İdarəsi 2026-cı ilin avqustundan yeni modelləri və 2025-ci il avqustun 2-dən əvvəl buraxılan tətbiqləri 2027-ci ilin avqustundan sonra nəzərdən keçirməyə başlayacaq. Mütəxəssislər hesablayıblar ki, tətbiq edilən mümkün cərimələrin məbləği 17,1 milyon ABŞ dollarına (təxminən AI xidmətləri bazarının 14 faizi) çata bilər.

Dünyada süni intellektlə bağlı ilk beynəlxalq qanun Avropa Parlamenti tərəfindən martın 13-də, Aİ-yə üzv ölkələrin müvafiq nazirləri tərəfindən isə 2024-cü il mayın 21-də təsdiq edilib. Qeyd edilib ki, yeni tənzimləmənin məqsədi “fundamental hüquqları, demokratiyanı, qanunun aliliyini və ekoloji davamlılığı yüksək riskli süni intellektdən qorumaqdır”.

Fevralın 2-də keçid dövründən sonra Avropa İttifaqında süni intellektdən istifadə ilə bağlı ilk qaydalar qüvvəyə minib. Xüsusən, Aİ vətəndaşlarının sosial reytinqini yaratmaq üçün süni intellektdən istifadə etmək qadağan edilib (belə texnologiya artıq Çində tətbiq olunur). Aİ, həmçinin iş yerində və ya təhsil müəssisələrində emosiyaların tanınmasına icazə vermir.

Bundan əlavə, Aİ süni intellektin köməyi ilə insan davranışının manipulyasiyasını və fərdlərin və ya sosial qrupların zəifliklərinin istismarını qadağan edir. Buraya, məsələn, yaşlıları aldatmaq üçün istifadə edilə bilən “robotik zənglər” daxildir.

Aİ ölkələrində CCTV kameralarından istifadə etməklə ictimai yerlərdə insanların üzlərinin süni intellekt vasitəsilə tanınması da prinsipcə qadağandır, lakin insan alveri və terrorizmlə bağlı cinayətlərin araşdırılması zamanı hüquq-mühafizə orqanları üçün bu məsələdə istisna edilib.

Xatırladaq ki, Avropa Komissiyası süni intellekt “giqafabrikalarının” tikintisinə 20 milyard avro maliyyə vəsaiti ayırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Avqust 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri