Icma.az
close
up
RU
Aİ də yeni sərhəd yoxlanışı...

Aİ də yeni sərhəd yoxlanışı...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bundan kim faydalanacaq?

Avropa İttifaqı yeni sərhəd yoxlanış mexanizmi tətbiq edir. Bu mexanizm müasir tələblərə cavab verən elektron sistemi çərçivəsində fəaliyyət göstərəcək. Belə ki, oktyabrın 12-dən etibarən Avropa İttifaqında birliyə üzv olmayan ölkələrin vətəndaşları üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış yeni elektron sərhəd sisteminin (Entry/Exit System - EES) tətbiqinə başlanılıb. Aİ-nin Miqrasiya və Daxili İşlər İdarəsi bildirir ki, bu sistem vasitəsilə həmin şəxslər 27 Avropa ölkəsinin xarici sərhədini keçdikdə onların məlumatları elektron şəkildə qeydiyyata alınacaq. EES şəxsin adını, səfər sənədi məlumatlarını, biometrik göstəriciləri (barmaq izləri və üz təsviri), həmçinin giriş və çıxış tarixini və yerini tam şəkildə qeyd edəcək. Növbəti səfərlərdə artıq yalnız üztanıma biometrik sistemi kifayət edəcək. Ölkəyə girişdən imtina halları barədə məlumatları da qeyd edəcək EES 27 Avropa ölkəsində 6 ay ərzində mərhələli şəkildə tətbiq olunacaq. Bu müddətdə sərhəd orqanları Aİ-yə üzv olmayan vətəndaşların məlumatlarını tədricən sistemə daxil edəcəklər. Gələn il aprelin 10-dan etibarən EES pasportlara əl ilə möhür vurulması sistemini tam əvəz edəcək. Yeni sistem üzv ölkədə icazə verilən qalma müddətini aşan şəxslərin avtomatik aşkarlanmasına imkan verəcək. Bu sistem avtomatlaşdırılmış sərhəd nəzarəti və özünəxidmət terminallarının daha geniş tətbiqinə imkan yaradacaq ki, bu da sərnişinlər üçün daha sürətli və rahat keçidi təmin edəcək. Aİ-nin məqsədi qanunsuz miqrasiyanın qarşısını almaq, Avropada yaşayan və səyahət edən insanların təhlükəsizliyini artırmaqdır. Bununla yanaşı, sistem Aİ-yə üzv olmayan vətəndaşların səyahət prosesini asanlaşdıracaq, müddəti aşan qalma və saxta sənədlərdən istifadə hallarını daha səmərəli şəkildə müəyyənləşdirəcək. Artıq Aİ-nin 3 üzv ölkəsi - Almaniya, Lüksemburq və Estoniya bu sistemi işə salıb. Digər üzv ölkələrdə də tezliklə bu sistemin tətbiq olunacağı gözlənilir. 

Düzgün, amma gecikmiş addım

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Aİ-nin yeni sərhəd yoxlanışı mexanizmi heç bir mənfi nəticəyə səbəb olmayacaq. Onun sözlərinə görə, bu, Aİ-də miqrasiya və təhlükəsizliklə bağlı məsələlərdə şəffaflığı təmin edəcək.

“Aİ-nin öz sərhəd yoxlanışı mexanizmində bu kimi dəyişikliklər etməsi bütün hallarda müasir miqrasiya siyasətinin kriteriyalarına uyğun bir tədbirdir. Miqrasiya ilə bağlı məsələlərdə sənədləşdirmə işlərinin təkmilləşdirilməsi, xüsusilə yeni elektron sistem çərçivəsində aparılması təqdirəlayiq addımdır. Bu sistem Aİ-dən kənar bir çox ölkələrdə, eləcə də Azərbaycanda çoxdan tətbiq olunub və ölkəyə daxil olan və ya ölkədən çıxan xarici ölkə vətəndaşlarının məlumatlarının yoxlanılması elektron qaydada həyata keçirilir. Düzünü desək, Avropa İttifaqı bu istiqamətdə addım atmaqda gecikib,” - deyə İ.Vəlizadə əlavə edib ki, yeni sistem Aİ-də bir sıra problemləri həll edəcək: “Aİ-nin sərhəd yoxlanışlarında avtomatlaşdırılmış mexanizm tətbiq etməsi nəinki qeyri-qanuni miqrasiyanın qarşısını alacaq, hətta Aİ-yə xarici turist axınını və işgüzar səfərləri asanlaşdıracaq, yəni Aİ-nin hər hansı üzv ölkəsinə səfər edən turistlər və iş adamları heç bir çətinliklə üzləşməyəcəklər. Aİ-nin bütün üzv ölkələrində bu sistem qüvvəyə minəndən sonra sərhəd yoxlanışlarında bir çox çətinliklər aradan qalxacaq. Sərhəd yoxlanışlarının avtomatlaşdırılmış qaydada aparılması Aİ-nin miqrasiya siyasətinə, habelə üzv ölkələrdə daxili təhlükəsizliyin təminatına müsbət təsir göstərəcək. Həm Aİ-nin özü, həm də qurum ilə sıx təmasları olan ölkələr bundan faydalanacaqlar”. 

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri