Aİ dizel ehtiyatlarının sərbəst buraxılmasını müzakirə edir
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Komissiyası (AK), Fransa, İtaliya, İrlandiya və Böyük Britaniya dizel yanacağı ehtiyatlarının mümkün sərbəst buraxılması məsələsi üzrə məsləhətləşmələr aparır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Avropa İttifaqı (Aİ) nümayəndəsinin sözlərinə görə, tərəflər dünya yanacaq bazarındakı vəziyyət fonunda dizel yanacağı ehtiyatlarından istifadənin mümkün zərurətini müzakirə edirlər.
Daha əvvəl AK-nın nümayəndəsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının dünya qiymətlərini aşağı salmaq üçün Almaniya və Fransadan fövqəladə dizel yanacağı ehtiyatlarından istifadə etməyə başlamağı tələb etməsi barədə məlumatları birbaşa şərh etməkdən imtina etmişdi.
"Reuters"in məlumatına görə, Vaşinqton xəbərdarlıq edib ki, əks təqdirdə ABŞ dizel yanacağının ixracına qadağa tətbiq edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Oktyabr 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















