Dövlətin milyardları necə xərclənir? Parlamentdə mühüm təklif
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin bugünkü plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov fiskal konsolidasiya siyasəti ilə nəticə əsaslı büdcəyə keçid arasında daha sıx əlaqə yaradılmasının vacibliyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə nəticə əsaslı büdcə üzrə maliyyələşmənin həcmi 6,1 milyard manata çatıb və bu məbləğ ümumi büdcə xərclərinin 15,8 faizini təşkil edib.
A.Əmiraslanovun sözlərinə görə, fiskal konsolidasiya prosesinin sürəti eyni zamanda nəticə əsaslı büdcə mexanizminin tətbiqinin də daha sürətli şəkildə genişləndirilməsini zəruri edir. Online shopping Azərbaycan
Bu iki strateji istiqamətin daha sıx əlaqələndirilməsinin dövlət büdcəsi vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması üçün mühüm əlavə imkanlar yaradacağını vurğulayan komitə sədri bu sahədə islahatların davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Noyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















