Aİ Ermənistana 20 milyon avroluq hərbi yardımın ayrılmasını təsdiqləyib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Macarıstan da daxil olmaqla, Avropa İttifaqına üzv 27 dövlət Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro yardım ayrılmasını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.
Bildirilib ki, Brüsseldəki mənbələrinin verdiyi məlumata görə, qərar bu gün Aİ Şurasının iclasında qəbul edilib.
Qeyd edək ki, Ermənistan fonda yardım üçün müraciət etsə də, Budapeşt onu bloklayıb. Daha sonra Macarıstan Avropa Sülh Fondu çərçivəsində Ermənistana vəsait ayrılmasına razılıq verib. Bu, Ermənistanın Avropa Sülh Fondundan ikinci dəfə dəstək alması deməkdir. Birinci dəfə Ermənistana 10 milyon ayrılıb. Bu dəfə məbləğ ikiqat artırılıb və prioritet Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək - logistika və tibbi avadanlıq, eləcə də zəruri texniki təlim təmin etməkdir.
Vəsait növbəti 35 ay üçün nəzərdə tutulub.
Qeyd edək ki, Avropa Sülh Fondu 2021-ci ildə yaradılıb. Fondun dünyada münaqişələrin qarşısını almaq və ehtiyacı olan ölkələrə ölümcül olmayan hərbi yardımın tədarük edilməsi üçün yaradıldığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 28 Yanvar 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















