Icma.az
close
up
RU
“Aİ Ermənistandakı revanşistləri ruhlandırmaqla eskalasiyaya yol açır” Deputat

“Aİ Ermənistandakı revanşistləri ruhlandırmaqla eskalasiyaya yol açır” Deputat

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Azərbaycan torpaqları 30 il ərzində işğal altında qalanda həmin vaxt keçmiş Minsk qrupunun həmsədri olmuş Fransa başda olmaqla Aİ ölkələri, o cümlədən Avropa Parlamenti işğal faktına göz yumurdular. Azərbaycanın israrlı təkidindən sonra yalnız AŞPA-da bir qətnamə qəbul edildi.

İşğalçıya sanksiyalar tətbiq edilmirdi, Azərbaycana dəstək verilmirdi. Təəssüf ki, Aİ, Avropa Parlamenti indi də ölkəmizə qarşı qərəzli mövqe tutur”.

Bu barədə 525.az-a Milli Məclisin deputat Arzuxan Əlizadə Avropa İttfaqının Azərbaycan-Ermənistan sülh gündəliyinə qarşı mövqeyi, eyni zamanda Avropa Parlamentində ölkəmiz əleyhinə təşkil edilən dinləmələr barədə danışarkən deyib.   

Deputat bildirib ki, Azərbaycan öz gücünə, öz imkanları hesabına ərazi bütövlüyünü, suverenliyini bərpa etdi deyə, ölkəmizin üzərinə gəldilər:

“İkinci Qarabağ müharibəsi dönəmində də gördük ki, dəfələrlə Azərbaycanla bağlı ədalətsiz qərarlar, AP-də qətnamələr qəbul etdilər, faktiki olaraq beynəlxalq hüququn norma və prinsiplərini biz özümüz bərpa etdiyimiz, BMT qətnamələrini özümüz icra etdiyimiz halda Azərbaycanın üzərinə gəlirdirlər. Azərbaycan öz ərazi bütöblüyünü və suverenliyini bərpa etməklə əslində beynəlxalq hüququn norma və pinsiplərini də bərpa etmiş oldu. Regionda yeni reallıqlar yaratdı və Avropa Parlamentindəki guya Ermənistana dəstək verən həmin o qüvvələr fərqində deyillər ki, bu gün Azərbaycan Ermənistanın özü üçün də münbit şərait yaradıb. Tək öz suverenliyini bərpa etməyib, eyni zamanda, Ermənistanın da suverenliyə çatmaq, Rusiyanın boyunduruğundan çıxması üçün imkanlarını genişləndirib. Bunun fərqində deyillər, əsassız iddialar irəli sürürlər, insan haqları, “siyasi məhbus” kimi oyunları ortaya atırlar. Təkcə Azərbaycana qarşı deyil, ümumiyyətlə bəşəriyyətə, insanlığa qarşı cinayətlər törətdikləri və cinayətlərini açıq məhkəmədə özlərinin də etiraf etdikləri, çoxsayda sübutlar, dəlillərin olduğu halda, bütün bunarı kənara qoyaraq onları “əsir” kimi qələmə vermək istəyirlər. Öz xoşları ilə Azərbaycanı tərk edən ermənilər guya qovulublar deyə mövqe sərgiləyirlər, halbuki Qərbi Azərbaycandan 100 minlərlə insanımız deportasiyaya məruz qalıb. Bir dəfə də olsun onların taleyi ilə maraqlanmayan həmin o Avropa qurumları bu gün növbəti dəfə belə mövqe sərgiləyir. Bu, xristian təəssübkeşliyidir, İslam dünyasına, türk dünyasına qarşı mövqenin sərgilənməsidir. Belə ədalətsiz mövqe əslində bölgədə dayanıqlı sülhə və sabitliyə olduqca ciddi təhdid törədir. Ermənistanın daxilindəki revanşist qüvvələri ruhlandırmaqla növbəti eskalasiyaya yol açır. Bütün bu addımlar şiddətlə qınanmalıdır”. 

Deputat deyib ki, istənilən halda Azərbaycan artıq bu bölgədə reallıqları dəyişib, Azərbaycan və Türkiyənin dominantlığı ilə regionda, Cənubi Qafqazda dayanıqlı sülhə nail olacağıq, bu proses davam edəcək, onu önləmək heç bir halda mümkün olmayacaq: “Avropa Parlamenti, digər Avropa təsisatları bundan sonra 100-lə kağız parçası da qəbul etsələr, onlar elə zibilliyə atılacaq, heç bir halda bizim mövqelərimizə təsir etməyəcək.  Sülh prosesi geridönməz xarakter alıb, ABŞ bu prosesin içindədir, Ermənistan da fərqindədir ki, regiondan kənar qüvvələrə arxalanmaqla nəyəsə nail ola bilməz. Yalnız regionda Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır ki, özünün dövlətçilik möqeyini qoruyub saxlasın, iqtisadi inkişafa nail olsun, tranzit ölkəyə çevrilsin, sərhədlər açılsın”. 

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri