Icma.az
close
up
RU
“Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”

“Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycana işgüzar səfəri rəsmi Bakı ilə Aİ arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu təsdiqlədi.

Səfər həm ikitərəfli əməkdaşlığın cari vəziyyətinin müzakirəsi, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda tərəflər arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə keçirilən görüşlərdə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, rəqəmsal transformasiya, yaşıl enerji, ticarət və regional sabitlik əsas müzakirə mövzuları oldu.
Son illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri qazanıb. 

Prezident İlham Əliyev birgə mətbuat konfransında münasibətlərin hazırkı dinamikasını belə xarakterizə etdi: “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox fəal mərhələyə qədəm qoyub. Münasibətlərimizdə müşahidə olunan bu dinamizm misilsizdir və qarşılıqlı əməkdaşlığı daha da gücləndirmək iradəsini nümayiş etdirir.”

Xüsusilə enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu daha da artırıb. Cənub Qaz Dəhlizi və Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropa bazarına çıxarılması istiqamətində həyata keçirilən layihələr Azərbaycanın etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Yeni mərhələdə isə əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmır; rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji, yaşıl keçid, nəqliyyat-logistika və investisiya sahələri də prioritet istiqamətlərə çevrilib.

Səfərin diqqətçəkən məqamlarından biri Avropa İttifaqının Cənubi Qafqazda sülh və iqtisadi inteqrasiyanın dəstəklənməsinə yönəlmiş yeni təşəbbüslərini təqdim etməsi oldu. Avropa Komissiyası regionda nəqliyyat, enerji və rəqəmsal bağlantının gücləndirilməsi məqsədilə 200 milyon avroya qədər maliyyə dəstəyi ayıracağını açıqlayıb. Bu təşəbbüs regionun iqtisadi inteqrasiyasını sürətləndirməklə yanaşı, Avropa ilə Mərkəzi Asiya arasında yeni nəqliyyat və ticarət marşrutlarının inkişafına da töhfə verməyi hədəfləyir. 

Azərbaycan üçün Avropa İttifaqı mühüm iqtisadi tərəfdaşlardan biridir. Ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz Aİ ölkələrinin payına düşür. Bununla yanaşı, Avropa şirkətləri Azərbaycanın enerji, nəqliyyat, telekommunikasiya və yaşıl iqtisadiyyat layihələrində fəal iştirak edirlər. Tərəflər arasında yeni hərtərəfli əməkdaşlıq sənədi üzrə danışıqların bərpası da münasibətlərin hüquqi bazasının daha da möhkəmləndirilməsinə xidmət edir. 
Yeni mərhələdə prioritet istiqamətlər sırasında yaşıl enerji əməkdaşlığı xüsusi yer tutur. Azərbaycanın Xəzər dənizində böyük külək enerjisi potensialı, günəş enerjisi layihələri və “yaşıl enerji dəhlizi” təşəbbüsü Avropa İttifaqının enerji şaxələndirilməsi siyasəti ilə üst-üstə düşür. Bu baxımdan, qarşılıqlı investisiyaların artırılması və yeni texnologiyaların tətbiqi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri hesab olunur.

Səfər zamanı Avropa İttifaqının bir daha Cənubi Qafqaz siyasətində Azərbaycanın aparıcı roluna önəm verdiyi ön plana çıxdı. Regionda sabitliyin, dayanıqlı sülhün və iqtisadi əməkdaşlığın təmin olunması baxımından Azərbaycanın geostrateji mövqeyi Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Brüsselin Bakı ilə münasibətləri genişləndirmək niyyəti də məhz bu reallıqdan irəli gəlir.

Azərbaycanın irəli sürdüyü yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, dayanıqlı sülh siyasi sənədlərlə, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri, ticarət əlaqələri və insanların rifahının yüksəldilməsi ilə təmin oluna bilər. Avropa Komissiyasının təqdim etdiyi yeni proqramlar da məhz bu yanaşmanı dəstəkləyir. Sülh sazişinin reallaşması Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm logistika və enerji mərkəzinə çevirilməsinə, Orta Dəhlizin potensialını daha da artırılmasına töhfə verəcək. Bu isə həm regional sabitliyə, həm də Avropa iqtisadiyyatının təhlükəsizliyinə xidmət edən strateji nəticələr vəd edir.

Nəticə etibarilə, Avropa Komissiyasının Prezidentinin Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat, regional nəqliyyat layihələri kimi geniş əməkdaşlıq gündəliyi tərəflər arasında strateji tərəfdaşlığın uzunmüddətli və qarşılıqlı maraqlara əsaslanan xarakter daşıdığını göstərir. Mövcud siyasi dialoq və iqtisadi əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyi gözlənilir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 İyul 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri