Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 8 oktyabr, AZƏRTAC
Milli Məclisin Peru ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sahib Alıyev və qrupun üzvü Gülşən Paşayeva Peru Respublikasının Deputatlar Palatasının üzvü Marleni Bibiana Arminta Valensiya ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Sahib Alıyev Azərbaycan-Peru münasibətlərinin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini qeyd edib. O, Xocalı soyqırımını tanıyan ilk dövlətlərdən biri kimi Perunun Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Depuat iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin və görüşlərin bu əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Marleni Bibiana Arminta Valensiya Peru ilə Azərbaycan arasında həm dövlət, həm də parlament səviyyəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu bildirib.
Görüşdə deputat Gülşən Paşayeva iki ölkənin parlamentlərinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarından danışıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 Oktyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















