Aİ Komissarı Ağdamda minaların partladılaraq zərərsizləşdirilməsi anını müşahidə edib VİDEO FOTO
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdamda minatəmizləmə prosesi ilə tanış olub.
APA-nın yerli bürosu xəbər verir ki, Aİ komissarına Ermənistanın işğal müddətində Azərbaycan ərazilərində külli miqdarda mina basdırdığı barədə məlumat verilib.
Bildirilib ki, ərazilər işğaldan azad olunandan sonra minatəmizləmə əməliyyatlarına başlanıb, indiyədək xeyli ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Vətən müharibəsindən sonra yüzlərlə insanın ermənilərin işğal zamanı basdırdığı minaların qurbanı olduğu da Aİ komissarının diqqətinə çatdırılıb.
Daha sonra Marta Kos minaların partladılaraq zərərsizləşdirilməsi prosesini müşahidə edib.

AB komissarı Ağdamda minatəmizləmə prosesini izlədi Video
18 Sentyabr 2025 16:26
Aİ komissarı: Bu, qəbuledilməzdir
16 Noyabr 2024 00:10
Aİ komissarı Ukraynaya gedib
12 Yanvar 2025 14:24
Aİ komissarı sabah Azərbaycana gəlir
17 Sentyabr 2025 16:50
Aİ komissarı Ermənistanla bağlı vəziyyətə aydınlıq gətirdi
14 Yanvar 2025 21:10

