Icma.az
close
up
RU
Bu evdə 5 qız böyüyür

Bu evdə 5 qız böyüyür

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Masallıda aztəminatlı ailəyə fərdi yaşayış evi tikilib

Rahim Əliyev gənc ailə başçısıdır. Masallı rayonunun Meşəkənarı kəndində yaşayır. Ailədə 5 qız uşağı böyüyür. Böyüyü Güldəstənin 11 yaşı var, sonbeşik Şəbnəm isə 1 yaş 4 aylıqdır. 

Çoxuşaqlı ailə uzun müddət heç bir məişət şəraiti olmayan yarımçıq tikilidə yaşayıb. Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə aztəminatlı ailə üçün üçotaqlı fərdi yaşayış evi tikilib. Mənzillər, mətbəx tam təmirlidir. Mebel, məişət əşyaları, lazımi avadanlıqlar və kommunal xidmətlərlə təmin edilib. Ümumi yaşayış sahəsi 100 kvadratmetrdir.  

Əliyevlər ailəsi hədsiz sevinc, fərəh içindədir. Daha çox sevinən 5 azyaşlı  qız: Güldəstə, Səma, Nur, Ayan və Şəbnəmdir. Ailənin təzə mənzilə köçməsi ilə əlaqədar keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin üzvlərindən Fəzail İbrahimli, Anar İsgəndərov, Cavanşir Paşazadə, Elman Nəsirov, Məşhur Məmmədov, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, ictimaiyyətin nümayəndələri,  kənd sakinləri iştirak ediblər. 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid, aztəminatlı ailələrin yanında olduqlarını, bu qəbildən olan ailələrin sosial problemlərinin həllinə dövlətimiz tərəfindən yüksək qayğı göstərildiyini diqqətə çatdırıb. Rayonda şəhid, qazi, əlil, ehtiyac içində yaşayan ailələrin problemləri daim diqqət mərkəzindədir, hazırda 2 şəhid ailəsi üşün fərdi yaşayış evi tikilir, 3 şəhid aləsinə məxsus ev tam təmir edilib. 

İcra başçısı “Viləş” uşaq bağçasının direktoru Şəfa Allahverdiyevanın təşəbbüskarlığını, əməyini yüksək qiymətləndirib, bu evin ərsəyə gəlməsində dəstəyi olan sahibkarlara, iş adamlarına təşəkkürünü bildirib. Beş qız uşağının böyüdüyü ailəyə xeyir-dua verərək xoşbəxtlik, firavanlıq arzulayıb, uşaqların müstəqil Azərbaycanın layiqli vətəndaşı olacağını əminiklə söyləyib. RİH başçısı Araz Əhmədov bu cür təşəbbüslərin davamlı olacağını, rayonda şəhid, qazi, müharibə iştirakçıları və aztəminatlı ailələrin sosial problemlərinin həllinə qayğının artırılacağını qeyd edib.

Milli Məclisin üzvü Məşhur Məmmədov son illər belə bir xeyirxah layihə çərçivəsində Ərkivan qəsəbəsində 3 azyaşlı, Banbaşı kəndində gələcəyin əsgəri olacaq 5 oğlan uşağının olduğu aztəminatlı ailələr üçün fərdi evlərin tikildiyini bildirib. Milli Məclisin üzvlərindən Fəzail İbrahimli, Anar İsgəndərov, Cavanşir Paşazadə, Elman Nəsirov möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata  keçirilən sosial yönümlü siyasətin əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyini, insanları narahat edən sosial problemlərin davamlı şəkildə həll olunduğunu vurğulayaraq gənc ailəyə xeyir-dua verib, xoş arzularını söyləyiblər.  

Xeyriyyəçi xanım Şəfa Allahverdiyeva aztəminatlı ailə üçün təzə, yaraşıqlı yaşayış evinin inşa edilməsini dövlət başçısının uğurlu sosial siyasətinin Masallıda yüksək işgüzarlıqla həyata keçirildiyinə bariz nümunə olduğunu, ailənin sevincinə yaxından qoşulduğunu qeyd edib. 

Doğrudan da  el gücü, sel gücüdür. Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayonun idarə və müəssisə rəhbərlərinin, xeyirxah masallılıların, Rusiyada yaşayan soydaşlarımızın dəstəyi ilə bu ev ərsəyə gəlib. Gəlin, hamımız bir-birimizə arxa-dayaq olaq, yardıma, köməyə ehtiyacı olanlara dəstəyimizi əsirgəməyək, – deyə Şəfa xanım bildirib. 

Ev sahibi Rahim Əliyev ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə,  xeyirxah insanlara dərin minnətdarlığını bildirib.

Sonra hamı çay süfrəsi arxasında ailənin sevincinə qoşulub.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri