Qəza zamanı dirək aşdı 3 kənd işıqsız qaldı FOTO VİDEO YENİLƏNİB
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Göyçay rayonunun Qarabaqqal kəndində baş verən yol-nəqliyyat hadisəsi zamanı sıradan çıxan işıq dirəkləri bərpa olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən məlumat verilib.
Qeyd olunub ki, fevralın 2-də axşam saatlarında Qarabaqqal kəndi ərazisində minik avtomobilinin işıq dirəklərinə çırpılması nəticəsində 10 kv-luq üç ədəd yüksəkgərginlikli elektrik dirəyi sıradan çıxıb.
"Nəticədə Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hadisə yerinə dərhal "Azərişıq" ASC-nin qəza xidmətinin əməkdaşları cəlb olunublar və gecə saat 2 radələrində kəndlərə elektrik enerjisinin verilməsi bərpa olunub", - deyə məlumatda bildirilir.
***
Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 2-də saat 21:00-da Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Valeh Nuru oğlu Abdurahmanovun idarə etdiyi "Hyundai" markalı, 23-BM-236 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı yüksəkgərginlikli elektrik dirəklərinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb. Fakt araşdırılır.
Qeyd edək ki, qəza nəticəsində 10 kv-luq 3 ədəd yüksəkgərginlikli elektrik dirəyinin sıradan çıxması səbəbindən Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
***09:46
Göyçayda yol-nəqliyyat hadisəsi 3 kəndin işıqsız qalması ilə nəticələnib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü həmin istiqamətdə hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq yüksək gərginlikli işıq dirəyinə çırpılıb.
Qəza zamanı Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb və 10 kv-luq 3 ədəd yüksək gərginlikli işıq dirəyi sıradan çıxıb.
Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Aşmış dirəkələrin yenisi ilə əvəz olunması istiqamətində zəruri işləri həyata keçrilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Oxunub 110
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 03 Fevral 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















