Aİ Komissiyasının sədri fon der Leyen: İndi Avropa mövcud təhlükə ilə üz üzədir
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, Von der Leyen fövqəladə Aİ Liderlər Zirvəsi öncəsi Avropa Xalq Partiyasının (EPP) iclasının girişində çıxış edib.
Von der Leyen, yaxın saatlarda başlayacaq fövqəladə zirvə üçün bir araya gəldiklərini bildirib. “İndi Avropanın açıq təhlükə ilə üzləşdiyini gördüyümüz fövqəladə bir zamandayıq və biz Avropanı özünü müdafiə etmək mövqeyinə üstünlük verməliyik”, - deyə bildirib.
Von der Leyen Ukraynanın özünü qoruyacaq vəziyyətə gətirməsinin, ədalətli və davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayaraq, Avropanın müdafiə xərclərini artıraraq bölgəni yenidən silahlandırmaq məqsədi daşıyan “Rearm” adlı yeni planı liderlərə təqdim edəcəyini açıqlayıb.
Yeni planın 800 milyard avro dəyərində olduğunu bildirən Von der Leyen, məzmunu ilə bağlı bunları qeyd etdi: “Bu, üzv dövlətləri hərbi xərclər üçün daha çox maliyyə vəsaiti ilə təmin edir və Avropa səviyyəsində birgə satınalmalara imkan verir. Çox önəmlisi odur ki, bu, Ukraynaya da fayda verə bilər, çünki bu plan sayəsində üzv dövlətlər Ukraynanın müdafiə sənayesinə sərmayə qoya və ya hərbi imkanlar əldə edib Ukraynaya verə bilər”.
Brüsseldə görüşən Aİ liderləri Ukraynaya dəstək və Avropanın müdafiə xərclərini artırmaq yollarını müzakirə edəcəklər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 Mart 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















