Icma.az
close
up
RU
Aİ liderləri 2030 cu ilə qədər Avropanın müdafiə hazırlığını artırmağa razılaşıblar

Aİ liderləri 2030 cu ilə qədər Avropanın müdafiə hazırlığını artırmağa razılaşıblar

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri artan təhdidlərə, o cümlədən də Rusiya və Belarusdan gələcək təhdidlərə daha avtonom və effektiv cavab vermək üçün 2030-cu ilə qədər Avropanın müdafiə hazırlığını əhəmiyyətli dərəcədə artırmağa razılaşıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə müdafiə hazırlığı məsələləri üzrə sammitin yekun bəyanatında bildirilib.

“Rusiyanın Ukraynaya qarşı təcavüzü, onun Avropa və qlobal təhlükəsizlik üçün nəticələri Aİ üçün ekzistensial problem yaradır”, – sənəddə deyilir.

Yaxın aylarda Avropa dövlətləri Aİ səviyyəsində müəyyən edilmiş bütün müdafiə qabiliyyəti prioritetləri üzərində işə başlamalıdır. Avropa Müdafiə Agentliyi (EDA) buna dəstək verəcək.

2025-ci ilin sonuna qədər ölkələr “imkanlar koalisiyaları”nın formalaşdırılmasını başa çatdırmalı və 2026-cı ilin birinci yarısında konkret birgə layihələrə başlamalıdırlar.

Aİ Avropa müdafiəsinin sənaye və texnoloji bazasını gücləndirməklə idxaldan asılılığını azaltmaq, əsas silahlardakı çatışmazlıqları aradan qaldırmaq niyyətindədir.

Sammitdə əsas diqqət xarici sərhədlərin qorunması, hibrid və kiber təhlükələrin aradan qaldırılması, kritik infrastrukturun – enerji, rəqəmsal və sualtı infrastrukturun qorunmasına yönəlib.

Avropa Şurası üzv dövlətləri xərcləri azaltmaq və sistemin qarşılıqlı fəaliyyətini yaxşılaşdırmaq üçün müdafiə investisiyalarını silahların birgə işlənib hazırlanması, istehsalı və tədarükünə yönəltməyə çağırıb. “Ukraynanın Avropanın müdafiə sənayesində, xüsusən də innovasiya və qabaqcıl texnologiyalar sahələrində iştirakı vacibdir”, – bəyanatda deyilir.

2025-ci ilin sonuna qədər Avropa Komissiyası investisiya qaydalarının sadələşdirilməsi və müdafiə sənayesinin transformasiyası üçün yol xəritəsinin hazırlanması üçün yeni təkliflər təqdim etməli, EDA isə Aİ-nin müdafiəyə hazırlığına dair illik hesabat hazırlamalıdır.

Bəyanatda o da vurğulanır ki, bu həll NATO-ya alternativ deyil, onu tamamlayır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Oktyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri