Icma.az
close
up
RU
Aİ Macarıstanı növbəti dəfə hədəfə alır

Aİ Macarıstanı növbəti dəfə hədəfə alır

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Budapeştə qarşı ikili standart tətbiq oluna bilər

Avropa İttifaqı Şurası mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın “Birlikdə səsvermə hüququ”ndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək. Məlumat qurumun saytında yerləşdirilib - bildirilir ki, Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstan üzrə səkkizinci dinləməni keçirəcəklər. Qeyd edək ki, Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar Birlik dövlətlərinin müəyyən hüquqlarının, o cümlədən ölkənin Aİ Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazıb ki, bir çox Aİ rəsmiləri Budapeştin Birliyin ilk növbədə Rusiya ilə bağlı əsas qərarlarına mane olmaq qabiliyyətinə görə Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə ediblər.

Macarıstan “xora” qoşulmur...

Məsələnin mahiyyətinə keçməzdən öncə qeyd edək ki, bu qərarın verilməsi “zərurəti” Aİ-nin Rusiyaya təzyiq məqsədilə həyata keçirməyə çalışdığı bir sıra planlarla sıx əlaqəlidir. Başqa sözlə, Aİ Ukraynaya “yardım” adı altında dövlətlərin daha çox “dəstək verməsi” və ya silahlanmaya kömək etməsi məqsədilə qərarlar qəbul etməyə çalışır. Bu isə onsuz da ağır iqtisadi vəziyyətdə olan bəzi Aİ ölkələrini çətinə salır.

Məsələ tək Ukrayna münaqişəsi ilə də məhdudlaşmır - məsələn, ötən ilin yayında Aİ-nin müdafiə naminə, xüsusilə geridə qalmış regionların inkişaf edirilməsi proqramı üçün pula qənaət etməyi planlaşdırması narazılıq doğurmuşdu. Avstriya, İsveç, Hollandiya və daha az dərəcədə Danimarka Aİ-nin xərcləmə qaydalarını liberallaşdırmaq istəmirdi. Paralel olaraq bir qism isə müdafiə sahəsində səlahiyyətlərin əksəriyyətinin Brüsselə verilməsindən narahat idi. Bunu açıq şəkildə ifadə edən ilk şəxs, isə Macarıstanın baş naziri Viktor Orban olmuşdu. Baş nazir Avropa ölkələrinin müdafiə qabiliyyətini gücləndirməsi ilə bağlı ideyanı dəstəklədiklərini bildirib, amma bu səylər Brüssel bürokratlarına deyil, üzv dövlətlərin səlahiyyətinə verilməlidir, deyə fikir ifadə olunmuşdu.

Eyni vaxtda həm də Ukraynaya yardım məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Avropa Sülh Fonduna köçürmək qərarı verilmişdi - Aİ Rusiyanın aktivlərindən gələn gəlirdən Ukraynaya 1,4 milyard avro, 2024-cü ilin sonuna qədər isə 1 milyard avro ayıracaqdı. Macarıstan bu məsələdə də Aİ-nin “məqsədlərini” puça çıxarmışdı - Avropa Sülh Fondundan Kiyevə 6 milyard avrodan çox ödənişləri əngəlləmişdi. Qeyd edək ki, Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın hərbi ehtiyaclarına köçürülməsi ilə bağlı qərarının reallaşması üçün isə Macarıstan veto hüququndan istifadə edirdi.

Budapeştə qarşı siyasi təzyiq aləti...

Amma görünən budur ki, Aİ Macarıstanın müstəqil, özünün maraqları çərçivəsində qərarlar qəbul etməsindən narahatdır - Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın “Birlikdə səsvermə hüququ”ndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirilməsi “zərurəti” də məhz buradan yaranıb. Aİ anlayır ik, özünün korporativ maraqları üçün verəcəyi “konsorsium” qərarların bloklanmaması üçün Macarıstanı “prosesdən” kənarlaşdırmalıdır.

Bu xəbər isə beynəlxalq aləmdə ciddi narahatlıq və rezonans doğurur - hətta Qərbin aparıcı KİV-ləri belə Aİ-nin planlaşdırdığı addımları hədəfə alırlar. Bu addımı təkcə hüquqi prosedur deyil, həm də Avropa İttifaqının dəyərlərindən uzaqlaşmasının bariz göstəricisi kimi qiymətləndirirlər. Bildirilir ki, 7-ci maddə -Aİ üzv dövlətlərində hüququn aliliyi, demokratiya və əsas insan hüquqları prinsiplərinin pozulduğu halda tədbir görülməsini nəzərdə tutur. Bu iddianın Macarıstan kimi suveren düşüncəsi olan, müstəqil siyasi xəttə malik olan dövlətə qarşı çevrilməsi siyasi təzyiq aləti olması deməkdir. Maraqlıdır ki, Budapeşt hər zaman özünün milli maraqlarına söykənərək çıxış edir - miqrasiya, gender ideologiyası, media siyasəti və məhkəmə islahatlarına dair özünəməxsus müstəvidə yanaşması mövcuddur - nəzərə alınmalıdır ki, bu fərqlilik Aİ-nin bəyan etdiyi “çoxsəslilik”, “plüralizm” və “suverenliyə hörmət” prinsipləri ilə uyğun gəlir. Bəzi siyasətçilər açıq formada bildirirlər ki, səsvermə hüququndan məhrumetmə cəhdi Macarıstanın yalnız Aİ daxilində mövqeyini zəiflətmək deyil, həm də digər fərqli düşüncəli dövlətlərə siyasi mesaj xarakteri daşıyır. Bu, Avropa İttifaqının içində demokratik əksəriyyət prinsiplərinin azlıq fikrinə qarşı alətə çevrilməsi, “mərkəzdən idarə olunan” dəyərlərin zorla qəbul etdirilməsi cəhdidir.

Aİ Macarıstanı səsvermə hüququndan  məhrum etməklə... 

Bu antidemokratik hal Aİ daxilində yeni tələb deyil - əvvəllər də bu tələb daha fərqli formatlarda ortaya qoyulub. Amma bütün hallarda  Avropa İttifaqının bu kimi “tələbləri”  üzv dövlətlərin hüquqlarını pozmağa yönəlik addımlar sayılıb - Bu addımlar isə xüsusilə, suveren əsaslarda əməkdaşlıq şərtləri altında birləşmiş Aİ üzvü ölkələrin suveren hüquqlarının zəbt olunması deməkdir. Etiraf edilməlidir ki, Macarıstana qarşı belə bir addımın reallaşdırılması istiqamətində uzun müddət idi ki, “axtarışlar edilir”, siyasi söykənəcək axtarılırdı. Bu fakt bir daha onu təsdiqləyir ki. Aİ Macarıstanın timsalında suveren hüquqlarını qorumağa çalışan dövlətin seçiminə hörmət etmir. Brüssel, Aİ-nin siyasi-iqtisadi təsisatları özünün iqtisadi maraqları naminə siyasi spekulyasiyalara, manipulyasiyalara əl atır, Aİ-nin daxili nizamnaməsinin əsas bəndi sayılan bərabərhüquqlu əməkdaşlıq çərçivəsindəki suveren hüquqların pozulmasını legitimləşdirməyə çalışır. Nizamnamə və prinsiplər Aİ müstəvisində bərabər iştirakçılığı ehtiva edir - nəzərdə tutulan səsvermədən məhrumetmə isə açıq hüquq pozuntusudur. Hazırkı situasiyada Macarıstan özünün dövlət maraqlarının, iqtisadi rıçaqlarının və resurslarının qorunması istiqamətində atdığı addımlara görə “ittiham edilir”. Özünü demokratik dəyərlərə hörmət edən bir qurum kimi tanıdan Aİ-nin bu qərarı Macarıstanın hüququnun məhdudlaşdırılmasıdır - təssüfləndirici haldır ki, Macarıstanın timsalında baş verənlər Aİ-nin mütəmadi olaraq üzv dövlətlərin hüquqlarının pozulması istiqamətindəki növbəti epizodu kimi tarixə yazılacaq...

SADİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 May 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see329

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see302

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see294

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see282

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see266

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see252

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see252

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see249

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see234

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see233

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see225

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see222

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see220

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see214

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see209

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see207

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see186

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri