Aİ nazirləri görüşəcək: Müzakirə olunacaq məsələlər
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri və müdafiə nazirləri Ukraynanı, həmçinin Rusiya və İrana qarşı yeni sanksiyaları müzakirə edəcəklər.
Bakıvaxtı.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.
Məlumata görə, müzakirə noyabrın 18 və 19-da Brüsseldə keçiriləcək görüşlərdə baş tutacaq.
Bildirilib ki, əsas mövzulardan biri cəbhədə Kiyev üçün çətin vəziyyət fonunda Ukraynaya davamlı dəstək və Amerika yardımının davam etdirilməsi perspektivləri olacaq.
Noyabrın 18-də xarici işlər nazirlərinin Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqanı hazırkı vəziyyətlə bağlı videobağlantı vasitəsilə dinləməsi gözlənilir.
Görüşlərdə ABŞ və Yaxın Şərqlə əlaqəli məsələlərin də müzakirə olunacağı qeyd olunub.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 Noyabr 2024 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















