Icma.az
close
up
RU
Türkiyə və ABŞ rəsmiləri görüşəcək Bu məsələlər müzakirə olunacaq

Türkiyə və ABŞ rəsmiləri görüşəcək Bu məsələlər müzakirə olunacaq

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə ilə ABŞ arasında Suriya üzrə işçi qrupu toplantısının 20 may 2025-ci il tarixində ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilməsi planlaşdırılır.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi mənbələri məlumat verib.

Toplantıya Türkiyə Xarici İşlər nazirinin müavini Nuh Yılmaz və ABŞ-li həmkarı Xristofer Landau həmsədrlik edəcəklər.

Görüşün qurumlararası formatda keçiriləcəyi və əsas diqqətin Türkiyə ilə ABŞ-nin Suriya siyasətindəki prioritetləri, həmçinin Suriyada təhlükəsizlik və sabitliyin təmininə dair əməkdaşlıq imkanlarının müzakirəsinə yönələcəyi bildirilib.

Toplantıda DEAŞ və digər terror təşkilatları ilə mübarizənin də əsas mövzulardan biri olması gözlənilir. Bu çərçivədə Türkiyənin son dövrdə DEAŞ-la mübarizə sahəsində Suriya rəhbərliyinə verdiyi dəstək və təşəbbüskarı olduğu regional səylərin müzakirəsi planlaşdırılır. Eyni zamanda, Suriyanın şimal-şərqindəki düşərgələrlə bağlı əməkdaşlıq imkanlarının da dəyərləndirilməsi gözlənilir.

Toplantı çərçivəsində ABŞ tərəfinin Suriyadakı hərbi qüvvələrinin yenidən təşkili ilə bağlı həyata keçirdiyi proses barədə məlumat verməsi də gözlənilir. Bu görüş ABŞ və Suriya arasında liderlər səviyyəsində birbaşa təmasların başlanması və ABŞ Prezidenti Donald Trampın Suriya ilə bağlı sanksiyaların ləğv olunacağını açıqlamasından dərhal sonra baş tutması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu kontekstdə ABŞ-nin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması ilə bağlı izlənəcək yol xəritəsi və vaxt cədvəlinin də müzakirə olunacağı bildirilir. Görüş zamanı nazir müavini Nuh Yılmazın, Suriyanın ərazi bütövlüyünün və birliyinin qorunması ilə bölgədə sabitliyin təmin olunmasının vacibliyini vurğulaması, həmçinin Suriyanın tarixi bir keçid dövründən keçdiyi bu mərhələnin ölkənin bütün terror elementlərindən təmizlənməsi ilə nəticələnməsi yönündə Türkiyənin gözləntilərini ABŞ tərəfinə çatdırması planlaşdırılır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri