Icma.az
close
up
RU
Aİ nin Cənubi Qafqazda alov axtarışı Külə dönən nüfuz...

Aİ nin Cənubi Qafqazda alov axtarışı Külə dönən nüfuz...

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər Avropa Parlamentinin gündəmində yenidən Azərbaycan mövzusu "lövbər salıb". Brüsseldən gələn səslər nə obyektivliyə, nə də regionun yeni reallıqlarına sığır. Görünən odur ki, bəzi dairələr Cənubi Qafqazda sülhün qoxusunu aldıqca həyəcanlanır və prosesi pozmaq üçün əllərindəki bütün rıçaqlardan istifadə etməyə çalışırlar. Bəs AP-nin bu canfəşanlığının arxasında əslində nə dayanır?

Dünyanın diqqəti ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən sülh gündəliyinə yönəldiyi bir vaxtda, Avropa İttifaqı (Aİ) və Ermənistan sanki fərqli havadadırlar. Maraqlıdır ki, son sənədlərdə Trampın təşəbbüsü olan TRİPP layihəsinin adı belə çəkilmir. Bu, sadəcə bir unutqanlıq deyil, bu, Vaşinqtonun sülh planlarını "ofsayd"da qoymaq cəhdidir. Brüssel və Paris sülhün müəllifliyini öz üzərinə götürmək üçün real nəticələri olan layihələri görməzdən gəlir.

AP daxilindəki bəzi "liberallar" regiondakı reallığı öz ideoloji eynəkləri ilə görmək istəyirlər. İllərdir Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü "müqəddəs" sayan bu qurum, söhbət Azərbaycandan düşəndə nədənsə "görmə qabiliyyətini" itirirdi. İndi isə həmin qərəzli yanaşma sənədləşmiş formalara çevrilib. Bu, beynəlxalq hüquq deyil, bu, açıq-aşkar ikili standartlar silsiləsidir.

Ermənistanda fəaliyyət göstərən Aİ-nin müşahidə missiyası (EUMA) son vaxtlar daha çox fəallaşıb. Amma bu fəallıq sərhəddə gərginliyi azaltmaq deyil. Aİ ilə Ermənistanın birgə addımları sanki Vaşinqtonda əldə olunan razılaşmaları pozmaq və hər şeyi yenidən Brüssel-Paris formatına qaytarmaq məqsədinə xidmət edir.

Aİ-nin Azərbaycanın 5 gəmisinə sanksiya tətbiq etməsi isə dramın kulminasiya nöqtəsidir. Ermənistan son 4 ildə sanksiyalı malların Rusiyaya ötürülməsi üçün əsl "tranzit qovşağına" çevrilib. Lakin AP bu barədə hər hansı sanksiya hazırlamır, əksinə, susqunluğu ilə bu prosesə yaşıl işıq yandırır. Yunanıstan və Kipr gəmiləri hansı yükü daşıyır? Almaniya hələ də Rusiyadan böyük həcmdə neft almağa necə davam edir? Avropa istehsalı olan elektronika Ermənistan üzərindən necə "səyahət" edib Ukrayna cəbhəsindəki silahlara çevrilir?

Eləcə də, AP Azərbaycanda insan haqlarından dəm vurduğu halda, Ermənistanda 2025-ci ilin əvvəlindən bəri onlarla müxalifətçi və dini xadimin həbsinə "kar və kor" qalır. Daha maraqlısı isə odur ki, Avropa Parlamenti Ruben Vardanyan kimi Ukraynadakı müharibəni maliyyələşdirmiş oliqarxların azadlığı üçün çağırışlar edir. Bu, hansı məntiqə sığır? Bir tərəfdən Ukraynaya dəstək verdiyini deyib, digər tərəfdən o müharibənin sponsorlarını qorumaq siyasi riyakarlığın zirvəsidir.

Avropa İttifaqı bu gün ciddi daxili böhran yaşayır. ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası da göstərir ki, Avropa artıq böyük siyasətdə öz ağırlığını itirir. Korrupsiya qalmaqalları ilə sarsılan (Metsola və Borrel kimi simaların adı keçən hadisələr), islamofob və türkofob meyillərlə zəhərlənən AP-nin bu gün Azərbaycana "dərs keçmək" cəhdləri sadəcə cılız görünür.

Azərbaycan öz yolunu milli maraqları üzərində qurub. Brüsselin kağız üzərindəki qərəzli qətnamələri Bakının regionda yaratdığı yeni reallığı dəyişə bilməyəcək. Avropa öz daxili "yanğınını" söndürmək əvəzinə Cənubi Qafqazda "alov" axtarmağa davam edərsə, sadəcə öz nüfuzunun son qalıqlarını da itirmiş olacaq.

İslam
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Dekabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri