Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Qarındakı piyləri əritməyin sirri açıldı

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

U 17 millisi Gəncədə

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Aİ nin iqlim siyasətində “Paris böhranı”

Aİ nin iqlim siyasətində “Paris böhranı”

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Oktyabr toplantısı ya “tarixi razılaşma”, ya da “böyük uğursuzluq” gətirəcək 

Avropa İttifaqının (Aİ) iqlim siyasətinin gələcək istiqaməti Fransanın son mövqeyindən sonra qeyri-müəyyənliklərlə üz-üzədir. Paris israr edir ki, 2040-cı ilə qədər emissiyaların azaldılmasına dair hədəf, sadəcə, ətraf mühit nazirlərinin texniki müzakirələrində deyil, birbaşa Avropa Şurasında Aİ liderlərinin iştirakı ilə müəyyənləşdirilsin. İlk baxışda prosedur xarakterli görünən bu tələb Aİ-nin iqlim gündəminə əsaslı təsir göstərmək gücünə malikdir. Çünki bu yanaşma həm qərar qəbuletmə prosesini ləngidə, həm də həmrəyliyi sınağa çəkərək ittifaqın beynəlxalq liderlik mövqeyini sual altına sala bilər. Əslində, Aİ-nin ətraf mühit nazirləri sentyabrın 18-də səsvermə keçirməyi planlaşdırırdı. Bu tarix təsadüfi seçilməmişdi. Məqsəd Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin BMT Baş Assambleyası çərçivəsində keçiriləcək iqlim sammitinə konkret nəticələrlə qatılmasını təmin etmək idi. Lakin Parisin israrı planı dəyişdi. Əgər nazirlər səviyyəsində hədəfin qəbul edilməsi üçün ixtisaslı səs çoxluğu yetərli idisə, liderlər səviyyəsində artıq yekdillik tələb olunur. Bu isə Macarıstan və Polşa kimi iqlim siyasətinə şübhə ilə yanaşan ölkələrin razılığını da zəruri edir. 

Aİ-nin iqlim gündəliyində yaranan mürəkkəb vəziyyət təşkilatın qərar qəbuletmə mexanizmlərinin nə qədər incə balans üzərində qurulduğunu bir daha göstərir. Oktyabrın sonlarınadək Avropa Şurasının iclasının keçirilməməsi, 2040-cı il hədəfinin təsdiqini aylarla ləngidə bilər. Bu ləngimə isə komissiyanı və danışıqlara rəhbərlik edən Danimarkanı çıxılmaz vəziyyətə salaraq 2035 və 2040 hədəflərinin bir-birindən ayrılması ehtimalını gündəmə gətirir. Belə addım isə şübhəsiz ki, 2035-ci il üçün nəzərdə tutulan məqsədləri zəiflədəcək.

Məsələni həssas edən amillərdən biri də BMT-nin ölkələrdən Paris İqlim Sazişi çərçivəsində 2035-ci il üzrə planlarını sentyabrın sonunadək təqdimini tələb etməsidir. Sentyabrın 24-də Nyu-Yorkda Baş Assambleya çərçivəsində dünya liderləri emissiyaların azaldılması planlarını açıqlayacaqlar. Noyabrda Braziliyada keçiriləcək COP30 sammitində 2035 hədəfi mərkəzi mövzulardan biri olacaq. Xüsusilə də, həmin konfrans Paris Sazişinin 10 illiyinə təsadüf edir və Fransa sazişin əsas müdafiəçilərindən biri kimi, ənənəvi liderlik rolunu qorumağa çalışır.

Bu kontekstdə Aİ diplomatlarının narahatlığı başadüşüləndir: əgər Komissiya sədri Ursula Fon der Lyayen BMT-yə dəqiq hədəf olmadan yollansa, bu, yarımçıq təsir bağışlayacaq. Ona görə də Brüssel və Kopenhagen israrla bildirirlər ki, 2035 və 2040 hədəfləri bir-birindən ayrılmamalı, əlaqəli şəkildə qəbul edilməlidir. Alternativ variant kimi 2035-ci ilin məqsədlərini yalnız 2050-ci il iqlim neytrallığı ilə əlaqələndirmək təklif olunur. Lakin bu yanaşma daha zəif nəticələr doğura bilər. Danimarka sentyabrın 18-də ətraf mühit nazirlərinin hər iki hədəf üzrə səsverməsini istəyir. Bu isə hökumətlərin cəmi iki həftə ərzində ortaq mövqe tapmasını tələb edir. Lakin bəzi ölkələr – o cümlədən Fransa, Polşa, Çexiya və Macarıstan məsələni liderlər səviyyəsində müzakirəyə çıxarmaqda israrlıdırlar. Emmanuel Makron artıq iyun ayında açıq şəkildə iki hədəfi ayırmaq istədiyini bəyan etmişdi. Digər tərəfdən, İtaliya da hədəflərlə bağlı razılığın yalnız “siyasi müzakirə və əlavə vaxt” tələb etdiyini vurğulayır.

Bu qarşıdurmanın arxasında Aİ-nin qərar qəbuletmə mexanizmlərinin incə məntiqi dayanır. İqlim məsələləri adətən Nazirlər Şurasında ixtisaslı səs çoxluğu (Qualified Majority Voting – QMV) ilə həll olunur. Bu, 27 ölkədən, ən azı, 15-nin dəstəyini və Aİ əhalisinin 65 faizinin təmsilini şərtləndirir. Beləliklə, bir və ya bir neçə dövlətin prosesi bloklaması mümkünsüzləşir.

 Aİ-də 2040-ci il iqlim hədəfinin Avropa Şurasına çıxarılması Fransanın təkidi ilə prosedur dəyişikliyi deyil, həm də siyasi güc mübarizəsidir. Çünki burada qərar ixtisaslı səs çoxluğu ilə deyil, yekdilliklə qəbul olunmalıdır. Bu isə Polşa və Macarıstan kimi kömürdən asılı və skeptik ölkələrə veto imkanı verir. Varşava enerji təhlükəsizliyini, Budapeşt isə milli suverenliyi önə çəkir. Çexiya və İtaliya isə daha çox maliyyə dəstəyi və təsir qiymətləndirilməsi tələb edir. Fransa beynəlxalq arenada iqlim liderliyi imicini qorusa da, daxildə sosial-iqtisadi təzyiqlər Makronu ehtiyatlı siyasətə vadar edir. Nüvə enerjisinə söykənən Paris bu addımla həm daxili auditoriyaya mesaj verir, həm də yekun razılaşmanın konturlarına ciddi təsir imkanları qazanır. Fransanın prosedur dəyişikliyi Aİ-nin iqlim planlamasını pozur və beynəlxalq nüfuzuna zərbə vurur. Sentyabrın 18-də ətraf mühit nazirlərinin görüşündə 2040-cı il hədəfi qəbul olunsaydı, Ursula Fon der Lyayen BMT iqlim sammitində blokun güclü mandatla təmsilçiliyini təmin edə bilərdi. Lakin qərarın oktyabrın sonuna təxirə salınması Fon der Lyayeni boş portfellə Nyu-Yorka göndərir və Aİ-də daxili fikir ayrılıqları səbəbindən mühüm qərar qəbul edə bilmədiyi təəssüratını yaradır, beynəlxalq təsirini zəiflədir.

***

Aİ səviyyəsində Fransanın mövqeyi daxili siyasət motivlərini aşan daha mürəkkəb strateji hesablamalara əsaslanır. İqlim hədəfinə dair qərarı yekdillik tələb edən Avropa Şurası platformasına daşımaqla, Fransa özünə və İtaliya kimi digər böyük üzv dövlətlərə proses üzərində faktiki nəzarət imkanı qazanır. Bu, onlara yekun razılaşmanın detallarını – müxtəlif sektorlar üzrə yükün bölüşdürülməsi, maliyyə dəstəyi paketləri və kompensasiya mexanizmlərini formalaşdırmaqda həlledici rol oynamaq şansı verir. Xüsusilə, Paris özünün aşağı karbonlu enerji strategiyasının mərkəzində dayanan nüvə enerjisinin Aİ-nin iqlim siyasətində daha geniş şəkildə tanınması və dəstəklənməsi üçün mübarizə aparır. Liderlər səviyyəsindəki siyasi müzakirələr belə strateji məsələlərin texniki detallardan daha çox, siyasi alver və güzəştlər vasitəsilə həll edilməsi üçün daha münbit şərait yaradır. Beləliklə, Fransa həm iddialı iqlim hədəflərini prinsipial olaraq dəstəkləyir, həm də bu hədəflərə gedən yolun Fransa sənayesinin və enerji modelinin maraqlarına uyğun dizayn edilməsini təmin etməyə çalışır. Bu paradoksal vəziyyət, yəni, eyni vaxtda həm iqlim lideri rolunu oynamaq, həm də milli iqtisadi maraqları qorumaq cəhdi Fransanın Avropa siyasətinin əsas xarakteridir. Amma bu manevrin potensial fəsadlarının ciddiliyi Parisin bu incə balansı qoruya biləcəyini şübhə altına qoyur və onun “Paris Sazişinin keşikçisi” rolunu etimad sınağı ilə üzləşdirir.

Fransanın başlatdığı mübahisə təcrid olunmuş hadisə deyil, əksinə, bütün Avropa İttifaqı miqyasında “Yaşıl Sövdələşmə”nin sosial-iqtisadi nəticələri ilə bağlı artan narahatlığı və siyasi gərginliyi əks etdirən daha geniş tendensiyanın təzahürüdür. Transformasiyanın ilkin mərhələsində qarşıya çıxan çətinliklər enerji qiymətlərinin artması, inflyasiya və beynəlxalq rəqabətdə potensial geriləmə, bir sıra üzv dövlətlərdə “yaşıl yorğunluq” və tənzimləyici siyasətə qarşı müqavimət dalğası yaratmışdır. Bu müqavimətin mərkəzində iqtisadiyyatları qalıq yanacaqlara bağlı olan Polşa, Macarıstan və Çexiya kimi Mərkəzi və Şərqi Avropa ölkələri dayanır. Onlar yaşıl keçidin tempinin və xərclərinin ədalətsiz olduğunu iddia edərək, qərarların yekdillik tələb edən Avropa Şurasına keçirilməsini dəstəkləyirlər ki, bu da onlara prosesi ləngitmək və ya daha çox güzəşt əldə etmək imkanı verir. Maraqlıdır ki, son zamanlar İtaliya kimi Qərbi Avropanın böyük dövlətləri də bu skeptik cəbhəyə qoşulmuşdur. 

Fransanın təşəbbüsü Aİ-ni taleyüklü yolayrıcında qoydu. Bu, prosedur məsələsi olmaqla yanaşı, blokun iqlim siyasətinin gələcəyini, daxili güc dinamikasını və beynəlxalq mövqeyini müəyyən edəcək strateji gedişdir. Aİ qarşısında mürəkkəb dilemma var: bir tərəfdən, yaşıl keçidin ədalətli olmasını təmin etmək və üzv dövlətlərin legitim narahatlıqlarını nəzərə almaq; digər tərəfdən isə, iqlim böhranının təxirəsalınmazlığı qarşısında qətiyyətli addımlar atmaq. Qarşıdakı dövr Aİ-nin bu iki hədəf arasında balansı tapıb-tapmayacağını və milli maraqların qlobal məsuliyyətə üstün gəlib-gəlməyəcəyini göstərəcək. 

Yusif Şərifzadə
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see263

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see259

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see253

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see252

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see242

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see237

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see236

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see226

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see216

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see214

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see211

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see209

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see207

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see202

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see200

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see199

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see199

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see198

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see198

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri