Icma.az
close
up
RU
Aİ nin “missiyası” Azərbaycanın səbrini sınayır ŞƏRH

Aİ nin “missiyası” Azərbaycanın səbrini sınayır ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yücel Karauz: "Ey Avropa Birliyi, ağlını başına yığ, burada odla, sülhlə, sakitliklə oyun oynama"


Ermənistan-Azərbaycan münasibətlərində gərginlik davam edir. Bu, yalnız hər iki ölkə üçün deyil, bütün region üçün ciddi təsirlər yaradır. Avropa İttifaqı, bir çox beynəlxalq təşkilatlar kimi, bu münaqişəyə müdaxilə etmək və sülhün bərpası üçün müxtəlif missiyalar həyata keçirir. Lakin, bəzi hallarda bu missiyalar və onların fəaliyyətləri, xüsusilə də sərhəd bölgələrdəki müşahidə əməliyyatları narahatlıq doğurur. Aİ müşahidəçiləri martın 7-də Qazax rayonu ilə həmsərhəd ərazilərə gələrək binoklla Azərbaycan ərazilərini müşahidə ediblər. Bu hərəkət Azərbaycan sərhədçiləri tərəfindən qeydə alınıb. Müşahidə “missiyası"nın şərti sərhəddə artan hərəkətliliyi bəzi narahatlıqlara yol açıb. 

Avropa İttifaqının bu fəaliyyətləri, xüsusilə də beynəlxalq missiyanın məqsədinə uyğun olmadığı halda həyata keçirilməsi bir mənalı qarşılanmır. Azərbaycan tərəfindən qəbul edilməyən və təxribat kimi qiymətləndirilən bu addımlar, Aİ-nin sülh və neytrallıq missiyasına ciddi şübhələr doğurur. 

Avropa İttifaqının bu cür hərəkətləri, tərəfsizlik və neytrallıq prinsiplərini pozduğu və siyasi mesajlar verdiyi düşünülür. 


Türkiyəli general Yücel Karauz mövzuya münasibətini bildirərək, Avropa İttifaqının son dövrlərdə atdığı addımları Sherg.az-a şərh edib:


"Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində mövcud sərhəddə heç bir səbəb, heç bir münaqişə riski olmadığı halda müşahidə əməliyyatları keçirməsi, kəşfiyyat və müşahidə aləti olan durbinlə baxması xoş niyyətli davranış deyil. Çünki qeyd etdiyim kimi, beynəlxalq missiyanın Azərbaycan tərəfindən heç bir təhlükə olmadan və nəzakət olaraq Azərbaycan tərəfinə məlumat vermədən istənilən vaxt Azərbaycan ərazisinə gələrək hərbi kəşfiyyat və bayraq nümayişi fəaliyyəti həyata keçirməsi tamamilə vəzifə və missiya çərçivəsindən kənardır. Bu, siyasi mesaj vermək məqsədi ilə həyata keçirilən fəaliyyətdir.  Avropa İttifaqının müşahidə qrupunda xidmət edənlərin əksəriyyəti artıq həmin ölkələrin kəşfiyyatçılarıdır".  



General qeyd edib ki, Aİ-nin atdığı addımlar onun iki dövlət arasında sülhü istəmədiyini göstərir:

"Avropa Minsk Qrupunun 28 ildir "sülhsevərliyi" və Ermənistanın işğalını bəyənməsi ümumi problemlərdir. İndi onun bu ümumi problemlərlə buraya gəlməsi və özünü müşahidəçi heyət kimi aparması, Azərbaycanı narahat etməsi, Ermənistanı həvəsləndirməsi həm də Avropa İttifaqının Ermənistan-Azərbaycan və Qafqaza sülhün gəlməsini istəmədiyinin göstəricisidir. Bu, məqbul davranış forması deyil. Ona görə də edilənlər təxribatdır. Məqsəd Azərbaycanın necə davranacağını bilmək və səbrini sınamaqdır. 

Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında tərəf deyil, Ermənistanın tərəfdarı və ya pərəstişkarı deyil, hər iki ölkə üçün neytral olmalı olan bir qurumdur. Ona görə də qərəzli kontekstdə etdikləri bu təxribat qəbuledilməzdir. Avropa Birliyinin gələcəkdə bu regionda alacağı formanı nəzərə alsaq, yeni strukturlar həm Ermənistana, həm də Avropa İttifaqı missiyasına ziyan vuracaq”. 


Ekspert sonda Avropa Birliyinə çağırış edərək onu ağılını başına yığmağa, burada odla, sülhlə, sakitliklə oyun oynamamağa çağırıb.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Mart 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri