Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

Aİ nin qondarma missiyası Ermənistanın siyasi manipulyasiyası və regiondakı təxribat ssenariləri ŞƏRH

Aİ nin qondarma missiyası Ermənistanın siyasi manipulyasiyası və regiondakı təxribat ssenariləri ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Avropa İttifaqının (Aİ) fəaliyyətə başladıqdan qısa zaman sonra təhrikçi davranışları ilə artıq legitimliyini itirmiş və qondarma missiyasının Ermənistan-Azərbaycan sərhədindəki mövcudluq müddətinin uzadılacağı gözlənilən idi. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın sözügedən qondarma missiyanın mövcudluğunu Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya prosesi ilə birbaşa əlaqələndirilməsi, rəsmi Bakının sülh müqaviləsinin razılaşdırılmayan müddəalarından biri ilə bağlı tələbinin qarşılığında, Aİ üzvü olmayan ölkələrin təmsilçilərinin də yer aldığı qondarma təsisatın, yalnız sərhədlərin dəqiqləşdirilmiş hissəsindən geri çəkiləcəyi ilə bağlı irəli sürdüyü mülahizələr də sübuta yetirirdi. Əslində, “missiya”nın mövcudluq müddəti ilə bağlı məsələnin Ermənistanla müzakirə edilməsindən və rəsmi İrəvanın razılığının alınmasından söhbət belə gedə bilməz. Ermənistan Avropa İttifaqı ilə bu və ya digər məsələnin razılaşdırılması üçün tərəf statusunda çıxış edə biləcək bir dövlət deyil və burada yalnız və yalnız Brüsseldən verilən tapşırıqların rəsmi İrəvan tərəfindən icrasından söhbət gedə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib.

Qondarma missiyanın vaxtının uzadılmasının öz səbəbləri olduğunu deyən deputat əlavə edib: “Səbəblərdən biri, Aİ-nin, xüsusilə də bu birliyin siyasətini müəyyənləşdirən əsas ölkələrin Azərbaycanla Ermənistan arasında, ən azı 2027-ci ilədək və yaxud, ümumiyyətlə, sülh müqaviləsinin imzalanmasında maraqlı olmamalarıdır. Bəlli olduğu kimi, Ermənistanda 2026-cı ildə parlament seçkiləri keçiriləcək. Ola bilsin ki, Nikol Paşinyanı hakimiyyətə gətirən və istiqamətləndirən dairələr sülh müqaviləsinin imzalanacağı təqdirdə, bunun Ermənistanın indiki baş nazirinin 2026-cı ildə keçiriləcək seçkilərdə nəticə əldə etməsinə maneə yarada biləcəyini, Qərbə sitayiş edən siyasi elitanın mövqelərinin daha da zəiflədəcəyini düşünürlər. “Missiya”nın müddətinin uzadılmasında rol oynayan səbəblərdən biri, yəqin ki, Nikol Paşinyanın da mövqeyində əks olunduğu kimi, sərhədlərin delimitasiyası ilə bağlıdır. Ermənistan indiki halda qondarma missiyaya delimitasiya prosesində istifadə edilməsi nəzərə tutulan təzyiq aləti kimi yanaşır. Daha doğrusu, missiyanın sifarişini verənlər və icra edənlər bu aləti məqsədyönlü şəkildə yaradıblar.

Rəsmi İrəvan Azərbaycanın Aİ missiyası ilə bağlı haqlı və əsaslı təklifinin qarşılığında, faktiki yarımhərbi təsisatın ərazini tədricən, delimitasiya prosesinə uyğun olaraq tərk etməsi təklifi ilə çıxış edib. Yəni, bu, o deməkdir ki, "müşahidə" missiyası sərhədin, yalnız delimitasiya olunan hissəsindən çəkiləcək və Ermənistan-Azərbaycan sərhədlərini delimitasiya prosesi tam başa çatdıqdan sonra tərk edəcək. Azərbaycan-Ermənistan sərhədlərinin uzunluğu 1007 kilometrdir. İndiyədək bu sərhədin, sadəcə, 13 kilometrə qədəri delimitasiya və demarkasiya edilib. Qondarma missiyanın fəaliyyətini tənzimləyənlər bu təsisatdan Ermənistanın təxribatlarını stimullaşdırmaq və bu təxribatlara qarşı həyata keçirilməsi ehtimal olunan önləyici tədbirlərin qarşısının alınması üçün “çətir” kimi faydalanmaq istəyirlər. Ola bilsin ki, sərhədlərin delimitasiya prosesində, Ermənistanı və yaxud bu forpost ölkəni qane etməyən hər hansı bir məqama görə təxribata əl atılsın. Şübhəsiz ki, bu xüsusda istənilən təxribatın qarşısı alınacaq və cavabı da artıqlaması ilə veriləcək. Bu halda, qondarma müşahidə missiyasının əsassız iddialarına söykənən informasiya təxribatlarının və bu təxribatlardan yararlanmaqla ölkəmizə qarşı yeni kampaniyaların başladılması da mümkündür”.

E.Mirzəbəylinin sözlərinə görə, Ermənistanın dövlət müstəqilliyi haqqında bəyannamədə Azərbaycan ərazilərinin ilhaqına çağırışın yer alması və sözügedən ölkənin konstitusiyasında bu çağırışa istinad olunaraq, onun həyata keçirilməsinin erməni xalqı və dövləti qarşısında vəzifə kimi qoyulması gözləniləndir. Ərazi iddialarının konstitusiyadan və digər hüquqi normativ aktlardan çıxarılması Azərbaycanın haqlı tələbidir. Nikol Paşinyan isə, dolayısı ilə bunun, yalnız 2027-ci ildə, yəni, 2026-cı ildən sonra keçiriləcək seçkilərdə, xarici dəstəkçilərinin köməyi ilə yenidən siyasi hakimiyyətə sahibləndikdən sonra mümkün olacağını bildirib.

“Bu baxımdan, əgər 2027-ci ilin fevralınadək Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilməzsə qondarma missiyanın mövcudluq müddəti yenidən uzadıla bilər. Çünki 994 kilometrlik bir sərhədin iki il müddətində delimitasiya ediləcəyi ehtimalı, faktiki olaraq yoxdur. İki il ərzində, əgər delimitasiya prosesi fantastik sürətlə aparılarsa, ən yaxşı halda 200-250 kilometrlik bir hissə delimitasiya edilə bilər. Bütün bu təxribat ssenarilərinin, mürəkkəb siyasi texnologiyaların isə bir məqsədi var: Mümkün qədər vaxtı uzatmaq, regionda ənənəvi təhlükəsizlik konfiqurasiyasının formalaşmasına, yarımhərbi missiyanın tam hərbi iştiraka çevrilməsinə nail olmaq.

Təbii ki, indiyədək ehtimal üzərində qurulan ardıcıllıqla sıraladığım istiqamətlər, yalnız bir tərəfin məqsədlərindən qaynaqlanır. Qırx dörd günlük müharibə və antiterror tədbirləri sübuta yetirdi ki, güclü lider faktoru istənilən təxribat ssenarilərini iflasa uğratmaq üçün yetərlidir”, - deyə deputat qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri