Icma.az
close
up
RU
Aİ nin “tərəfdaşlıq” modeli sual altında

Aİ nin “tərəfdaşlıq” modeli sual altında

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daxili zəifliklər xarici siyasətə təsir edir

Ötən nömrəmizdə Davosda Avropa İttifaqına (Aİ) üzv ölkələrin görüşündən bəhs etmişdik. Maraqlıdır ki, həmin görüşdən sonra mediada 2026-cı ilin Aİ üçün “kritik il” kimi qiymətləndirildiyi barədə xəbərlər yayılmağa başlayıb. Şübhəsiz, bu qənaətin formalaşmasında Davos İqtisadi Forumu çərçivəsində Aİ liderlərinin keçirdiyi çoxsaylı təmaslar, qapalı müzakirələr, strateji sessiyalar, İttifaqa ünvanlanan tənqidlər mühüm rol oynayıb.

ABŞ Prezidenti Donald Trampın çıxışına Avropanın hazırkı siyasi və iqtisadi kursunu tənqid etməklə başlaması məsələni daha da alovlandırıb. O bildirib ki, Avropa düzgün istiqamətdə irəliləmir: “Biz Avropanın güclü olmasını istəyirik. ABŞ Avropa xalqlarına çox qayğı göstərir. Biz həqiqətən də qayğı göstəririk. Biz Avropa ilə paylaşdığımız bağlara dərindən inanırıq. Buna görə də enerji, ticarət, immiqrasiya və iqtisadi artım kimi məsələlər güclü və vahid Qərb görmək istəyən hər kəs üçün əsas narahatlıqlar olmalıdır”. Əslində nəzərə alsaq ki, Davos uzun illərdir qlobal iqtisadi və siyasi gündəmin barometri kimi çıxış edir, burada səslənən mesajlar müxtəlif istiqamətlərin real göstəricisi sayılır. Aİ liderləri də açıq şəkildə etiraf edirlər ki, İttifaqın mövcud institusional və iqtisadi modeli artan geosiyasi təzyiqlər, daxili siyasi fraqmentasiya, eləcə də sosial radikallaşma fonunda əvvəlki kimi effektiv deyil.

Bu kontekstdə 2026-cı il bir növ “sınaq ili” kimi də dəyərləndirilə bilər. Aİ ya islahatlar yolu ilə iqtisadi birliyini və qərar qəbuletmə qabiliyyətini gücləndirməlidir, ya da daxili ziddiyyətlər qurumun qlobal aktor kimi rolunu zəiflədəcək. Ultra-millətçi və populist qüvvələrin bir sıra üzv dövlətlərdə siyasi üstünlük qazanması, təhlükəsizlik mülahizələri ilə bəzi aktiv siyasi fiqurların həbsi və ya prosesdən kənarlaşdırılması, eləcə də cəmiyyətlərdə dərinləşən radikallaşma kritik situsiyaya əlavə dinamika qatır. Digər bir düşündürücü məqam odur ki, proseslər Aİ-nin daxili strukturuna və xarici tərəfdaşları ilə münasibətlərinə necə təsir göstərəcək? Xatırlatmaqda fayda var ki, İttifaqın iqtisadi birliyi uzun müddət onun ən güclü dayağı hesab olunub. Vahid bazar, sərbəst kapital və işçi qüvvəsi axını Aİ-ni qlobal iqtisadiyyatın mərkəzi aktorlarından birinə çevirib. Amma son illərdə bu modelin ciddi çatışmazlıqları üzə çıxıb. Çünki üzv dövlətlər arasında iqtisadi inkişaf səviyyəsinin kəskin fərqlənməsi qərarların icrasında konsensusun əldə olunmasını çətinləşdirir. Şimal–Cənub, Qərb–Şərq ölkələri arasında fiskal intizam, sosial xərclər və sənaye siyasəti ilə bağlı baxışlar getdikcə daha çox parçalanır. Bununla yanaşı, enerji böhranı və inflyasiya dalğası Aİ-nin iqtisadi idarəetmə mexanizmlərinin çevik olmadığını göstərir. Bir sıra hallarda milli hökumətlər Brüsselin koordinasiyasını gözləmədən öz daxili bazarlarını qorumağa üstünlük verirdilər ki, bu da vahid bazar prinsiplərinə zidd idi. İslahat tələblərinin əsas səbəbi də budur. İqtisadi birliyin dərinləşdirilməsi olmadan siyasi birlik və strateji muxtariyyət mümkün görünmür.

Yeri gəlmişkən, Aİ-nin ən həssas nöqtələrindən biri qərar qəbuletmə mexanizmidir. Konsensus və ya yekdillik prinsipi üzv dövlətlərin suveren maraqlarını qorumaq baxımından mühüm olsa da, böhran anlarında bu mexanizm lənglik yaradır. Xarici siyasət, təhlükəsizlik və vergi məsələlərində bir üzv dövlətin veto hüququ hətta bütöv İttifaqın mövqeyini iflic edə bilir. Bu baxımdan, səs çoxluğu mexanizminin genişləndirilməsi, Avropa Komissiyasının icra səlahiyyətlərinin artırılması və Avropa Parlamentinin rolunun gücləndirilməsi məsələsinin də gündəmdə olması təsadüfi deyil. Ultra-millətçi partiyaların yüksəlişi isə bu iradəni daha da zəiflədir. Çünki həmin qüvvələr Brüsselin səlahiyyətlərinin genişlənməsini milli suverenliyə təhdid kimi qəbul edirlər. Ümumiyyətlə, son onillikdə Avropada ultra-millətçi və populist qüvvələrin fəallaşması artıq struktur tendensiyaya çevrilib. Miqrasiya böhranı, iqtisadi qeyri-müəyyənlik, təhlükəsizlik qorxuları və milli kimlik məsələsi bu qüvvələr üçün münbit zəmin yaradıb. Maraqlıdır ki, sağ təmayüllü partiyalar bir tərəfdən Aİ institutlarını “xalqdan uzaq” və “bürokratik” kimi tənqid etsələr də, daxili bazarın və vahid siyasətin verdiyi üstünlüklərdən tam imtina etmirlər. Nəticədə, paradoksal vəziyyət yaranır: Aİ-nin resurslarından faydalanan, lakin onun dərinləşməsinə qarşı çıxan siyasi aktorlar güc qazanırlar.

Avropada son illər təhlükəsizlik mülahizələri ilə bəzi siyasi fəalların, radikal qrupların, hətta tanınmış ictimai fiqurların həbsi və ya siyasi prosesdən kənarlaşdırılması prosesi də müşahidə olunur. Rəsmi arqument terrorla mübarizə və ictimai asayişin qorunması olsa da, bu yanaşmanın ciddi riskləri də var. Yəni fərdlərə qarşı həyata keçirilən sərt tədbirlər cəmiyyətlərdəki struktur problemləri aradan qaldırmır. Əksinə, bəzi hallarda radikallaşmanı daha da dərinləşdirir.

Sonda qeyd edək ki, daxili zəifliklər Aİ-nin xarici siyasətinə birbaşa təsir göstərir. Qərar qəbuletmədəki parçalanma və siyasi qeyri-müəyyənlik Aİ-ni tərəfdaşlar üçün bəzən proqnozlaşdırılması çətin aktora çevirir. Bu kontekstdə enerji, ticarət və təhlükəsizlik sahələrində etibarlı tərəfdaşlıq anlayışı ön plana çıxır. Aİ üçün strateji tərəfdaşlarla münasibətlərin sabitliyi daxili islahatların uğurundan birbaşa asılıdır. Məsələn, Azərbaycan Aİ üçün mühüm enerji tərəfdaşıdır. Cənub Qaz Dəhlizi və digər enerji layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Aİ-nin enerji diversifikasiyası strategiyasında Azərbaycanın çəkisi daha da artıb. Ən əsası birlik daxilindəki siyasi fraqmentasiya xarici tərəfdaşlarla münasibətlərə də təsirsiz ötüşməyə bilər. Çünki bəzi üzv dövlətlər enerji təhlükəsizliyini prioritet sayarkən, digərləri insan haqları və daxili siyasi prosesləri ön plana çəkir. Bu ikili yanaşma Aİ-nin vahid enerji diplomatiyasını zəiflədir. Əgər, Aİ-nin institusional islahatları uğurla həyata keçirilərsə, xarici tərəfdaşlarla münasibətlər daha praqmatik və uzunmüddətli strategiya əsasında inkişaf edə bilər. Əks halda, çoxtərəfli münasibətlərdə ziddiyyətlərin müşahidə olunması qaçılmazdır.

Yeganə HACIYEVA,
politoloq

Avropa İttifaqının mövcud çağırışlardan çıxış yolu dərin və hərtərəfli institusional, iqtisadi və təhlükəsizlik islahatlarının həyata keçirilməsindən keçir. İlk növbədə, Aİ-nin qərarvermə mexanizmlərinin daha çevik və effektiv olması vacibdir. Xüsusilə üzv ölkələrin veto hüququnun tez-tez birlik daxilində iflic yaradan alətə çevrilməsini əngəlləmək üçün institusional islahatlar qaçılmazdır. İqtisadi sahədə Aİ-nin əsas məqsədi qlobal rəqabət qabiliyyətini qorumaqdır və bu sahəni Aİ-nin ən uğurlu sahəsi adlandıra bilərik. Enerji təhlükəsizliyi, sənaye siyasətinin gücləndirilməsi, strateji xammal və texnologiyalarda xarici asılılığın azaldılması bu islahatların əsas istiqamətlərindən ola bilər. Eyni zamanda, Aİ daxilində sosial-iqtisadi bərabərsizliklərin dərinləşməsi birlik daxilində narazılıqları artırdığı üçün bu sahədə də balanslı yanaşma çox vacibdir. Təhlükəsizlik müstəvisində isə Aİ-nin daha müstəqil və koordinasiyalı siyasət yürütməsi zəruridir. Ukrayna müharibəsi və artan qlobal risklər onu göstərdi ki, Avropa yalnız iqtisadi birlik olaraq qalmamalı, müdafiə, kiber təhlükəsizlik və hibrid təhdidlərə qarşı birgə mexanizmləri gücləndirilməlidir. Amma məsələ ondadır ki, sadaladığım bütün bu islahatlar texniki baxımdan mümkün olsa da, əsas həlledici amil siyasi iradədir.

Üzv dövlətlərin milli maraqları kənara qoyaraq ümumi Aİ maraqları ətrafında razılaşa bilməməsi islahatları ləngidəcək. Məhz bu baxımdan 2026-cı il Aİ üçün taleyüklü mərhələ sayılır və birlik iki seçim önündədir. Aİ ya özünü yeniləyərək qlobal təsir gücünü artıracaq, ya da daxili ziddiyyətlər fonunda sonunda təşkilatı parçalamaya gətirəcək zəifləmə prosesinə şahid olacağıq.

Nəzrin ELDARQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see307

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see262

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see217

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see207

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see191

Motsarta aid 44 səhifəlik əlyazma tapıldı Fotolar

20 İyun 2026 04:52see184

“Ürək ritmi pozuntularının müalicəsində yeni mərhələ: qəfil ölüm riskini azaldan cihaz uğurla implantasiya edildi“ Yeni texnologiya

19 İyun 2026 22:43see181

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see181

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar Ac qaldıqlarına görə...

20 İyun 2026 02:36see172

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see172

Gəncə polisi Xalq artistinə qarşı törədilən dələduzluqla bağlı araşdırmaya başlayıb

19 İyun 2026 23:39see169

65 yaş həddinin ləğvi regionlarda həkim çatışmazlığını aradan qaldıra bilərmi? PROFESSOR AÇIQLADI

19 İyun 2026 16:14see166

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see166

Rubio gələn həftə Yaxın Şərqə səfər edəcək

20 İyun 2026 02:42see163

Kütləvi ixtisarlar Meta da böhran yaradıb

20 İyun 2026 05:44see161

GÜNÜN QOROSKOPU: Yeniliklərə açıq olun...

20 İyun 2026 00:31see160

ÜST yeni peyvəndin hazırlanmasını sürətləndirir

19 İyun 2026 08:58see159

Kanada Qətərlə oyunda bir ilki həyata keçirib

20 İyun 2026 06:15see157

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

20 İyun 2026 20:49see152

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri