Aİ öz “Starlink” sistemini istifadəyə verməyi planlaşdırır
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ) 2029-cu ilədək Amerikanın “Starlink” sisteminə bənzər öz peyk rabitə şəbəkəsini istifadəyə verməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilyus Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Avropanın öz peyk rabitə imkanlarını təmin edəcək IRIS² sistemi yaradılır və layihənin 2029-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.
Kubilyus qeyd edib ki, bu sistem üzv dövlətlərin təhlükəsizliyin təmin edilməsi imkanlarını 60 faizdən çox artıracaq.
Qeyd edək ki, avqust ayında Avropa Komissiyası “SpaceRISE” konsorsiumu ilə danışıqları başa çatdıraraq IRIS² peyk qruplaşmasının yaradılması layihəsi üzrə saziş imzalayıb.
Layihə çərçivəsində peyklərin ümumi sayının 348-ə çatdırılması nəzərdə tutulur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 12 Noyabr 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















