Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişir
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişdirir.
BAKU.WS "Report"a istinadən xəbər ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq üzrə məsul əməkdaşı Məryəm Hacı-İsmayılova Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.
Onun sözlərinə görə, süni intellekt proqram təminatında zəifliklərin aşkar edilməsinə, şübhəli şəbəkə fəaliyyətinin müəyyən edilməsinə, kiber hücumların qarşısının alınmasına və kritik infrastrukturun müdafiəsinin gücləndirilməsinə kömək edir: "Eyni zamanda bədxah qüvvələr süni intellektdən hücumları avtomatlaşdırmaq, saxta mesajlar yaratmaq, sistemlərin zəif nöqtələrini müəyyən etmək və kiber əməliyyatları misli görünməmiş sürət və miqyasda həyata keçirmək üçün də istifadə edə bilərlər. Məsələn, süni intellekt bir xəstəxananın informasiya sistemində qeyri-adi giriş cəhdlərini dərhal müəyyən edə bilər. Təhlükəsizlik qrupuna vaxtında xəbərdarlıq edilə bilər, lakin eyni zamanda cinayətkarlar süni intellektdən istifadə edərək daha inandırıcı fişinq mesajları hazırlaya və əməkdaşları saxta keçidlərə daxil olmağa sövq edə bilərlər".
M.Hacı-İsmayılova qeyd edib ki, bu, süni intellektin həm müdafiə vasitəsi, həm də yeni təhlükə mənbəyi ola biləcəyini aydın göstərir: "Buna görə də rəqəmsal mühitimizi qorumaq üçün mövcud imkanlarımızı, şəbəkələrimizi, institusional əməkdaşlığımızı və hüquqi bazamızı səfərbər etməliyik. Aİ fundamental bir həqiqəti qəbul edir: təhlükəsizlik olmadan innovasiya qum üzərində qurulmuş ev kimidir. Kiber təhlükəsizlik və süni intellekt üzrə Aİ-nın fəaliyyət planı üzv dövlətlərə, müəssisələrə və dövlət qurumlarına süni intellektin imkanlarından yararlanmaqla yanaşı, onun yaratdığı yeni riskləri idarə etməyə kömək edən əlaqələndirilmiş yanaşmanı nəzərdə tutur. Plan üç əsas məqsədə yönəlib: birinci, qabaqcıl süni intellektin təhlükəsiz və məsuliyyətli istifadəsini təşviq etmək; ikinci, Aİ-nın kiber təhlükəsizliyini və dayanıqlılığını gücləndirmək; üçüncü isə kiber təhlükəsizlik sahəsində Avropanın süni intellekt imkanlarını inkişaf etdirməkdir".
1-ci məqsədə nəzər salan Aİ rəsmisi, qabaqcıl süni intellekt modellərinin imkanları artdıqca, onların təhlükəsizliyinin qiymətləndirilməsi də daha vacib rol oynadığını qeyd edib: "Eyni texnologiya həm proqram təminatındakı zəifliklərin müəyyən edilməsinə kömək edə, həm də kiber təhlükəsizlik baxımından sui-istifadə riskləri yarada bilər. Məsələn, yeni bir süni intellekt modeli mürəkkəb proqram təminatını təhlil etmək və potensial zəiflikləri aşkar etmək qabiliyyətinə malik ola bilər. Bu imkan müdafiə mütəxəssislərinə problemləri daha tez müəyyən edib aradan qaldırmağa kömək edir, lakin modelin imkanları və mümkün sui-istifadə ssenariləri mütləq qiymətləndirilməlidir. Buna görə də qabaqcıl sistemlərin təhlükəsizlik baxımından sınaqdan keçirilməsi, risklərin idarə olunması və məsuliyyətli istifadənin təşviqi mühüm əhəmiyyət kəsb edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 20 Oktyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















