Ronaldunun qələbədən əvvəl komanda yoldaşlarına müraciəti üzə çıxdı
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu kapitanı Kriştianu Ronaldunun Qətərin “Əl-Sədd” komandası ilə qarşılaşmadan əvvəl futbolçulara müraciətinin görüntülərini yayıb.
İdman.Biz xəbər verir ki, klub soyunub-geyinmə otağında lentə alınan videonu “X” sosial şəbəkəsində paylaşıb.
“Məşqçinin oyunöncəsi toplantıda dediyi kimi, bu gün hər şeyi münasibətimiz həll edəcək. Hər dəfə topu itirəndə düzgün reaksiya versək, yaxşı oyun nümayiş etdirəcəyimizə və qalib gələcəyimizə 100 faiz əminəm.
Biz komanda olaraq reaksiya verməliyik. İlk 45 dəqiqədə bütün gücünüzü ortaya qoyun. Sonra ikinci hissəyə çıxın və eyni şeyi edin.
Biz qalib gələcəyik, uşaqlar. İrəli!” - deyə Ronaldu bildirib.
Xatırladaq ki, Asiya Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Əl-Nəsr” “Əl-Sədd”i 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açan 41 yaşlı portuqaliyalı hücumçu karyerasının 987-ci qoluna imza atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 27 Noyabr 2026 01:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















