Qara dəlik yeni suallar doğurur
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, kvazar qalaktikanın son dərəcə parlaq nüvəsidir və onun enerji mənbəyi superkütləli qara dəlikdir.
Yeni kəşf Böyük Partlayışdan cəmi 630 milyon il sonra mövcud olmuş obyekti üzə çıxarıb.
Sonrakı müşahidələrdə ABŞ Kosmos Agentliyinin (NASA) “Hubble” və “James Webb” teleskopları da iştirak edib. Araşdırmaya görə, kvazarın mərkəzindəki qara dəliyin kütləsi Günəşin kütləsindən təxminən 360 milyon dəfə çoxdur. Bu kəşf əvvəlki rekordla müqayisədə elm adamlarına kainatın təxminən 40 milyon il daha erkən dövrünü araşdırmaq imkanı verir.
Əsas sual qara dəliyin bu qədər qısa müddətdə necə belə böyük ölçülərə çatmasıdır. Müşahidə zamanı üzə çıxıb ki, o, maddəni nisbətən yavaş sürətlə udur. Buna görə də alimlər onun keçmişdə çox sürətli böyümə mərhələlərindən keçdiyini ehtimal edirlər.
Kəşf erkən kainatda qara dəliklərin formalaşması ilə bağlı mövcud nəzəri modellər üçün əlavə sınaq hesab olunur.(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Noyabr 2026 02:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















