Aİ Rusiya və Belarus diplomatlarından Polşaya dron hücumuna görə izahat istəyib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı Brüsseldə Rusiya və Belarus nümayəndələrini Polşa ərazisinə Rusiyaya məxsus dronların "qəsdən və təhlükəli" şəkildə daxil olmasına etiraz olaraq izahat üçün çağırıb.
APA xəbər verir ki, bu barədə AFP agentliyi Aİ nümayəndəsinə istinadən məlumat verib.
“Biz aydın şəkildə bildirdik ki, bu məsuliyyətsiz hərəkət Rusiyanın ciddi eskalasiyaya getdiyini göstərir və Aİ vətəndaşlarının təhlükəsizliyinə birbaşa təhdiddir”, – Aİ rəsmisi qeyd edib.
Bundan əvvəl, İsveç, İspaniya, Niderland və Çexiya da ayrılıqda öz paytaxtlarında Rusiya səfirliklərinin rəhbərlərini izahat üçün öz xarici işlər nazirliklərinə dəvət ediblər.
Bu mövzuda digər xəbərlər:Belarus Polşaya nota verib
05 Sentyabr 2025 15:42
Belarus Polşaya nota verdi
05 Avqust 2025 11:35
Belarus Polşaya rəsmi nota VERDİ
12 Dekabr 2024 00:39
Belarus sərhədinin müvəqqəti bağlanmasına görə Polşaya etiraz edib
09 Sentyabr 2025 20:47
Aİ Rusiya və Belarus nümayəndələrini çağırır
12 Sentyabr 2025 16:24
Baxış sayı:76
Bu xəbər 12 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















