Icma.az
close
up
RU
Aİ Rusiyanın aktivlərinin müsadirəsini razılaşdıra bilmədi: Kiyev €50 milyard az vəsait alacaq

Aİ Rusiyanın aktivlərinin müsadirəsini razılaşdıra bilmədi: Kiyev €50 milyard az vəsait alacaq

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqının sammit iştirakçıları Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya “reparasiya krediti” adı altında müsadirə edilməsi barədə razılığa gələ bilməyiblər. Bu variantın əvəzinə, Ukraynaya qarşıdakı iki il ərzində €90 milyard məbləğində maliyyə vəsaiti ayrılması qərara alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə yekun mətbuat konfransında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.

İki gün davam edən sammit başa çatıb. Qəbul edilən məbləğ əvvəl təklif olunan “reparasiya krediti”ndən (€140 milyard) €50 milyard azdır.

Macarıstan, Çex və Slovak ümumiyyətlə Kiyevin maliyyələşdirilməsində iştirakdan imtina ediblər. Bu fakt Ukrayna ilə bağlı yekun bəyanatda açıq şəkildə qeyd olunub. Macarıstan və Slovak sənədi imzalamayıb.

Ursula fon der Lyayenin sözlərinə görə, Aİ sammiti Ukraynanın növbəti iki il üçün €90 milyard həcmində, sıfır faizli ümumavropa kreditlə maliyyələşdirilməsi barədə qərar qəbul edib. Bu, Aİ büdcəsi çərçivəsində üzv ölkələrin genişləndirilmiş əməkdaşlığı hesabına həyata keçiriləcək.

Ukrayna bu krediti yalnız Rusiyadan reparasiya alacağı təqdirdə geri qaytarmalı olacaq. Həmin vaxta qədər Rusiyanın aktivləri dondurulmuş vəziyyətdə qalmalıdır. Aİ bu aktivlərdən istifadə etmək hüququnu özündə saxlayır və Avropa Komissiyasına bu imkanın daha da işlənib hazırlanmasını tapşırıb.

Avropa Komissiyasının sədri əlavə edib ki, əvvəllər Aİ-də Rusiyanın aktivləri üzv ölkələrdən yalnız biri belə dondurulmanın uzadılmasına qarşı çıxsa, açıla bilərdi. İndi isə Rusiya aktivləri Rusiya reparasiya ödəyənədək dondurulacaq. Onların açılması yalnız Aİ ölkələrinin çoxluğunun qərarı ilə mümkündür. Çoxluq Aİ-yə üzv ölkələrin 60 faizini (27 ölkədən ən azı 16-sını) və birlik əhalisinin 55 faizindən çoxunu əhatə edir.

Hazırda Aİ-də təxminən €210 milyard məbləğində Rusiya aktivləri dondurulub, bunun €185 milyardı Belçikada yerləşir. Avropa Komissiyasının iddiasına görə, mümkün “reparasiya”ların həcmi €500 milyardı ötür.

Belçikanın baş naziri Bart De Vefer sammitdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Avropa İttifaqının Rusiyanın aktivlərini “Putinə qaytarmaq kimi ən kiçik niyyəti belə yoxdur”. O, Belçikanın Rusiya aktivlərinin öz yurisdiksiyasında müddətsiz dondurulmasını dəstəklədiyi, lakin Ukraynanın maliyyələşdirilməsi üçün onların müsadirəsini blokladığına dair tənqidlərə bu cür cavab verib.

Flamand millətçisi olan De Vefer Avropa Komissiyası, Almaniya, Fransa, Niderland, Polşa və Baltik ölkələrinin misilsiz sərt təzyiqlərinə baxmayaraq, Rusiyanın aktivlərinin müsadirəsini əngəlləməyə nail olub. Mənbələrin məlumatına görə, baş nazir Aİ-yə üzv hər bir ölkədən Belçikaya mümkün zərərin limitsiz şəkildə ödənilməsinə dair “hüquqi cəhətdən məcburi təminatlar” tələb edib. Tələb rədd edilib.

12 dekabr tarixində Belçika Rusiyanın aktivlərinin müddətsiz dondurulmasının lehinə səs verən ilk ölkələrdən biri olub. Bununla da De Vefer öz yurisdiksiyasında qeyri-müəyyən müddətə bloklanmış €185 milyard vəsaiti saxlayıb. Keçmiş baş nazir Aleksander De Kroo bildirib ki, Belçika bu aktivlərin yenidən investisiya edilməsindən əldə olunan gəlirlərə vergi tətbiq edir. Vergi dərəcəsi təxminən 30 faizdir ki, bu da krallığın büdcəsinə ildə €1–1,5 milyard gəlir gətirir.

De Vefer hökuməti NATO çərçivəsində Rusiya ilə mümkün qarşıdurmaya hazırlıq məqsədilə Belçikanın hərbiləşdirilməsi planını həyata keçirir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri