Icma.az
close
up
RU
Trampın dağıdıcı “Avropa ssenarisi” reallaşır: “Qoca qitə” Ağ Evdən idarə olunacaq, ABŞ a itaət edəcək

Trampın dağıdıcı “Avropa ssenarisi” reallaşır: “Qoca qitə” Ağ Evdən idarə olunacaq, ABŞ a itaət edəcək

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağ Ev sahibi Donald Trampın təhdidkar davranışları ucbatından transatlantik ittifaq de-fakto dağılmaq üzrədir, belə davam edərsə, NATO daxilində parçalanma qaçılmaz olacaq... ABŞ-Avropa Birliyi münasibətləri isə açıq güc qarşıdurması mərhələsinə keçir, Tramp administrasiyası “qoca qitə” ölkələrini artıq strateji tərəfdaş yox, məhz Ağ Evdən iradə edilməli olan “geopolitik alətlər” kimi qəbul edir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra inkaredilməz reallığa çevrilmiş ABŞ-Avropa Birliyi qarşıdurması artıq tədricən açıq müstəviyə keçməyə başlayıb. Ağ Ev sahibi Donald Trampın son açıqlamalarını artıq siyasi-diplomatik səhvlər, qeyri-adi sensasion iddialar və yaxud da populist ritorika kimi izah etmək çox çətindir. Çünki Ağ Ev sahibinin açıqlamaları, ABŞ-ın Avropa Birliyi ilə münasibətlərində post-müttəfiqlik mərhələsinə keçildiyini göstərən sistemli və siyasi-ideoloji xəttin tərkib hissəsidir. Və Ağ Ev açıq şəkildə Avropa Birliyini ənənəvi müttəfiq-tərəfdaş deyil, məhz ABŞ-a tabe edilməli olan geopolitik məkan kimi gördüyünü biruzə verir.

Onu da qeyd etmək laızmdır ki, Tramp administrasiyasının davranışlarından ciddi şəkildə narahat olan Avropa liderləri qapalı toplantı keçiriblər. Onların ABŞ prezidenti Donald Trampa qarşı Avropa dövlətlərinin mümkün ortaq təzyiqləri və bunun doğura biləcəyi risk ssenarilərini müzakirə etməsi əslində, transatlantik münasibətlər tarixində olduqca ciddi “dönüş nöqtəsi” hesab edilir. Və belə anlaşılır ki, ABŞ prezidenti Donald Tramp artıq Avropa Birliyi üçün hərbi-siyasi müttəfiq yox, məhz əsas təhlükə mənbəyi kimi qəbul olunur.

Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Trampın “Avropa doktrinası”nın mahiyyəti ABŞ-ın “qoca qitə” ölkələri üçün müttəfiqdən təhdidkar hegemona çevrilməsinə yönəlib. Çünki prezident Donıad Trampın “siyasi fəlsəfəsi” klassik diplomatiyaya deyil, zorakı gücə, iqtisadi-ticari şantajı və yeni ərazilər ələ keçirtmə “iştah”ına əsaslanır. Onun “siyasi dünyagörüşü” beynəlxalq hüquqa yox, korporativ alış-satış məntiqinə söykənir. Yəni, ABŞ prezidenti üçün dövlətlər - bazar, suverenlik - qiymət etiketi, xalqlar isə danışıqlarda dəyişdirilə bilən faktordur.

Təbii ki, ABŞ kimi dünya superdövlətinə rəhbətlik edən liderin bu yanaşma tərzi bütün ölkələri, xüsusilə də, Avropa Biriyi üçün təhlükəlidir. Çünki Avropa Birliyi beynəlxalq hüquq normaları üzərində qurulub, konsensus mexanizmi ilə işləyir və neoimperialist dildə danışmır. Və Ağ Ev sahibi Donald Tramp isə müasir sosial-siyasi normativlərə bağlı Avropa Birliyini dağıdıcı ABŞ modeli ilə əvəzləmək istəyir.

Maraqlıdır ki, ABŞ-ın son vaxtlar Arktika üzərindən Avropa ölkələrinə ümumi ultimatumlar verməsi də məhz Tramp administrasiyasının neoimperialist hədəflərindən qaynaqlanır. Prezident Donald Trampın “Biz Qrenlandiyanı işğal etməyəcəyik, onu satın alacağıq” açıqlaması əslində, XXI əsrdə dilə gətirilmiş ən açıq neo-kolonial etiraflardan biridir. Çünki Qrenlandiya Danimarkanın, dolayısı ilə də Avropa Birliyinin nəzarətində olan bir ərazidir.

ABŞ prezidenti Donald Trampın isə başqa ölkəyə məxsus olan bu ərazini “satınalma obyekti” kimi təqdim etməsi Avropa dövlətlərinin suverenlik prinsipinə təhqirdir. Digər tərəfdən, bu, Arktikada mövcud olan güc balansının zorla dəyişdirilməsinə cəhd olmaqla yanaşı, Avropa Birliyinə yönəlik “ərazi toxunulmazlığı artıq müqəddəs deyil” məzmunlu xəbərdarlıq mesajıdır. Yəni, Ağ Ev əslində, Qrenlandiya və Arktika üzərindən Avropaya strateji ultimatum verir: “Ya ABŞ-ın hərbi-siyasi diktəsi ilə barışacaqsınız, ya da Arktikadan sıxışdırılacaqsınız”.

Eyni zamanda, Ağ Ev sahibi Donald Trampın NATO ölkəsi olan Kanadanı ABŞ-ın 51-ci ştatı kimi təqdim etməsi və Çinlə əməkdaşlığa görə “ələ keçirilmiş ölkə” adlandırması da təhlükəli davranışdır. Hər halda, bu, onun neoimperialist şüurunun açıq təzahürüdür. Tramp administrasiyasının hakimiyyətə gəlişinə qədər Kanada ABŞ-ın ən yaxın müttəfiqlərindən biri idi. Əgər, Ağ Ev Kanada ilə belə təhdidkar ritorika üzərindən danışırsa, deməli, Avropa ölkələri üçün də daha sərt ssenarilərin hazırlanmış ola biləcəyindən şübhələnmək üçün əsaslar olmamış deyil.

Məsələ ondadır ki, prezident Donald Tramp müəyyən mənada, ABŞ-ın orbitindən çıxan hər bir dövlətin “təhlükə mənbəyi” elan olunacağı ilə bağlı dolayısı mesaj verir. Ağ Ev sahibi hədəfində olan ölkələrin Çinlə əməkdaşlıq etməsini “xəyanət” kimi qəbul edir. ABŞ-ın maraqları ilə ziddiyyət təşkil edən müstəqil xarici siyasət isə “cəzalandırılmalı davranış” hesab olunur. Və Avropa ölkələrinə açıq mesaj verilir ki, “Sizin diplomatiyanız bizi qətiyyən maraqlandırmır. Çünki dünyanın bütün regionlarını təsir dairələrinə biz bölürük”.

Göründüyü kimi, prezident Donald Tramp Avropa ölkələrini də ABŞ-ın müttəfiqləri sırasından silməyı başlayıb və “qoca qitə”ni Ağ Evdən idarə olunan müstəmləkəyə çevirmək istəyir. Ona görə də, Ağ Ev sahibi Donald Trampın təhdidkar davranışları ucbatından transatlantik ittifaq de-fakto dağılmaq üzrədir. Belə davam edərsə, NATO daxilində parçalanma qaçılmaz olacaq, ABŞ-Avropa Birliyi münasibətləri isə açıq güc qarşıdurması mərhələsinə keçəcək. Və ən təhlükəli məqam isə odur ki, Tramp administrasiyası Avropa ölkələrini artıq strateji tərəfdaş yox, ABŞ-ın maraqlarına xidmət etməli olan geopolitik alətlər kimi qəbul edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Fevral 2026 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri