Icma.az
close
up
RU
Aİ sənədi sülhə mina yerləşdirməkdir ANALİZ

Aİ sənədi sülhə mina yerləşdirməkdir ANALİZ

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Brüssel-İrəvan ittifaqı Bakıya təzyiq mexanizminə çevrilir

“Ermənilər könüllü getdi, ittihamlar isə saxtadır” 

Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilmiş Tərəfdaşlıq Şurasının VI iclasının yekununda “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı yeni sənəd imzalanıb. Bu sənəddə postmünaqişə dövründəki reallıqların təhrif olunması, Azərbaycanın suverenliyinə zidd olan məsələlərin prioritetləşdirilməsi və Azərbaycan-Ermənistan sülh gündəliyinə uyğun olmayan yanaşmalar ciddi narahatlıq yaradır. Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı və Ermənistan arasında imzalanmış sənədlə bağlı mövqeyini açıqlayıb. Rəsmi Bakı bildirir ki, sənədin mahiyyəti, təqdimatı və zamanlaması regionda mövcud vəziyyətə və Azərbaycan-Ermənistan normallaşma prosesinin həssas mərhələsinə birbaşa təsir edən amillərlə səciyyələnir. Nazirliyin açıqlamasına görə, bölgədə siyasi tarazlığı dəyişə biləcək hər bir sənəd xüsusi həssaslıqla hazırlanmalı və qəbul edilməlidir. Erməni politoloq Stepan Danielyan isə deyib ki, sənəddə Azərbaycanın narazılığına səbəb olmuş ifadələrin Avropa İttifaqının təşəbbüsü ilə daxil edildiyini ehtimal etmək olar: "Aİ Azərbaycan üzərində də təsir rıçaqları əldə etmək istəyir. Ola bilsin ki, Ermənistan hakimiyyətinə həmin bəndləri sənədə daxil etməyi məcbur ediblər. Azərbaycan isə təbii olaraq narahatdır. Azərbaycan Ermənistana irad tutur ki, "vassal olaraq özünü yaxşı aparmadın və Aİ-yə müqavimət göstərə bilmədin, belə bəndlərin olmasına imkan verdin". 

Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, bu sənəd Ermənistanla imzalanan sənəddə Azərbaycanın ittiham edilməsi və regional sülhə qarşı "minaların" yerləşdirilməsi cəhdidir. Ekspertə görə, Azərbaycan erməniləri Qarabağdan “didərgin” salmaqda ittiham edilir: "Halbuki, 20 sentyabr əməliyyatında heç bir mülki şəxsə, yaxud infrastruktura zərər yetirilmədi və ermənilərin Qarabağdan çıxması könüllü şəkildə baş verdi. "Dağlıq Qarabağ" ifadəsi Azərbaycanın ərazi bütövlüyünə qarşıdır və mövcud sülh prosesinə adekvat deyil. "Dağlıq Qarabağ" ifadəsinin Avropada qəbul olunması Ermənistanda revanşistlərin fəaliyyətini stimullaşdırır. Rəsmi Bakı Aİ-Ermənistan sənədinin sülh gündəliyinə zidd olduğunu açıqladı. Rəsmi İrəvan isə bunu qəbul etmir, əksinə, "sənədin regionda sülhə töhfə verdiyini" iddia edir. Əslində, İrəvan da anlayır ki, sənəddə əks olunanlar Bakının etimad quruculuğuna inamını azaldır, sülh prosesinə zərər verir. Buna rəğmən, "Dağlıq Qarabağ" ifadəsinin sənədə salınması konkret maraqlardan irəli gəlir. Ermənistan "Dağlıq Qarabağ ermənilərinə sosial dəstək" kimi Avropa İttifaqından aldığı maliyyənin davamlı olmasını təmin etmək istəyir".

Analitikə görə, Ermənistan hakimiyyəti həm də seçici elektoratı kimi gördüyü Qarabağdan geri qayıdan ermənilərin sosial problemlərini həll etməklə onların əks-düşərgəyə kütləvi axınına imkan vermək istəmir: "İrəvan "Dağlıq Qarabağ ermənilərini" Bakı ilə danışıqlarda, xüsusilə Qərbi azərbaycanlıların qayıdışı tələbinə qarşı hələ də kart kimi saxlamağa çalışır. Paşinyanın "Qərbi Azərbaycan məsələsini bağlamaqla" bağlı son açıqlaması da bu kontekstdə təsadüfi deyil. Hərçənd, "Dağlıq Qarabağ ermənilərindən" təkcə Ermənistan yox, Aİ də regional siyasətdə istifadə etməkdən əl çəkmir. Məsələyə təkcə Aİ-nin Azərbaycanla münasibətlərdə əlini gücləndirməsi kimi yox, həm də Vaşinqton anlaşması ilə regiona daxil olan ABŞ ilə geosiyasi qarşıdurmasının bir hissəsi olaraq baxa bilərik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Dekabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri