Aİ Slovakiyaya Rusiya qazından imtina etmək üçün zəmanətlər verəcək
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Avropa İttifaqı (Aİ) Slovakiyaya Rusiya qazından imtina etmək üçün lazımi zəmanətlər verəcək ki, bu da Rusiyaya qarşı yeni sanksiyalar barədə danışıqların açılmasına kömək edəcək.
Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentlik qeyd edib ki, Avropa Komissiyası Slovakiyanın Baş naziri Robert Fitsoya məktub göndərib. Təşkilat orada blokun 2028-ci ilə qədər Rusiya qazının idxalını dayandırmaq təklifi ilə bağlı Slovakiyanın narahatlıqlarının həlli üzərində işləyəcəyinə dair təminat verib.
Slovakiya öz narahatlıqları həll olunana qədər Aİ-nin Rusiyanın əleyhinə son sanksiyalar paketini bloklamağa davam edir.
Bu mövzuda digər xəbərlər:Rusiya neftinin Slovakiyaya nəqli bərpa olunub
28 Avqust 2025 12:19
Fiko: Rusiya qazının Slovakiyaya tədarükü təhlükəsizdir
25 Sentyabr 2025 17:16
Rusiya qazı yenidən Slovakiyaya tədarük olunur
06 Fevral 2025 14:19
Aİ Rusiya qazından həmişəlik imtina edəcək
18 İyun 2025 10:22
Bratislavaya Rusiya qazından imtina etmək üçün zəmanət təklif edilib
16 İyul 2025 10:11
Baxış sayı:77
Bu xəbər 15 İyul 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















