“Aİ Ukraynaya ən azı 20 milyard avroluq hərbi yardım paketi hazırlayır”
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“AB xarici işlər nazirliklərinin rəhbərləri Ukraynaya ən azı 20 milyard avro dəyərində hərbi yardım paketi hazırlayırlar”.
Yeniavaz.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ-dəki həmkarları ilə görüş üçün Brüsselə gələrkən deyib.
“Brüsseldə hərbi əməliyyatları dəstəkləyən mövqe üstünlük təşkil etməkdə davam edir. Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasında Ukraynaya ən azı 20 milyard avroluq maliyyə yardımı paketi hazırlanır”, - Siyarto bildirib.
O, macar vergi ödəyicilərinin pullarının Ukraynaya silah tədarükünün maliyyələşdirilməsinə sərf edilməsinə icazə verməyəcəklərini qeyd edib.
Nazir Macarıstanın bunun əvəzində Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ arasında sülh danışıqlarını dəstəklədiyini bildirib.
O, həmçinin son üç ildə sülhün heç vaxt indiki qədər yaxın olmadığını əlavə edib.
Bu mövzuda digər xəbərlər:Aİ Ukraynaya 20 milyard avro yardım paketi ayırmağı planlaşdırır
24 Fevral 2025 10:50
Aİ Ukraynaya 20 milyard dollarlıq hərbi yardım edəcək
22 Fevral 2025 11:47
Macarıstan Aİ nin Ukraynaya 20 milyard avroluq yeni yardım paketi təklifini rədd edib
17 Mart 2025 21:55
Macarıstan Aİ nin Ukraynaya 20 milyard avroluq hərbi yardımını dayandırıb
04 Mart 2025 13:55
Polşa Ukraynaya hərbi yardım paketi hazırlayır
16 May 2025 10:25
Baxış sayı:157
Bu xəbər 17 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















