Aİ Valentina Matviyenkonun oğluna sanksiya tətbiq edib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqı Rusiyaya qarşı “qara siyahı”sını daha 145 maddə ilə genişləndirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Aİ-nin sanksiya siyahısına “Wildberries” şirkətinin təsisçisi Tatyana Kim, iş adamları Ruslan Baysarov, Aleksandr Çaçava və Sergey Matviyenko (Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun oğlu-red.), bloger Yuri Podolyaka və aparıcı Daniil Bezsonov daxil ediliblər.
Bundan başqa, Peterburq Hesablaşma Mərkəzi və Kremlevskiy, Guta Bank və “Unistream” daxil olmaqla onlarla bank, "YuMani" xidmətini idarə edən YuMoney MMC, "Rusqazdobıça" və "Rusximallians" Aİ-nin sanksiya siyahısına daxil edilib.
Aİ Rusiya neft emalı zavodları, o cümlədən Qazpromneft-Moskva Neft Emalı Zavodu, Kirişinefteorgsintez, TAIF-NK, Müstəqil Neft və Qaz Şirkətinin törəmə müəssisələri: NNK-Oil, NNK-Severnaya Neft, NNK-Saxalinmorneftegaz və NNK-Xabarovsk Neft Emalı Zavodu; Sankt-Peterburq Neft Terminalı və Ust-Luqa Xüsusi İqtisadi Zonasının idarəetmə şirkətinə də sanksiya tətbiq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 16 Noyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















