Aİ və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub.
APA xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Avropa İttifaqının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Jan Koopman “X” hesabında paylaşım edib.
Məlumata görə, o, Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşlərdə minalardan təmizləmə, sosial-iqtisadi inkişaf sahəsində Aİ-nin dəstəyi, eləcə də Orta Dəhliz üzrə əlaqələndirmənin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparıb.
Koopman görüşləri konstruktiv və faydalı müzakirələr kimi dəyərləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 28 Yanvar 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















