Icma.az
close
up
RU
Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq və partiyalararası əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq və partiyalararası əməkdaşlıq məsələləri müzakirə olunub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çinin ölkəmizdəki səfiri Lu Mey arasında görüş keçirilib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin birgə fəaliyyəti sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə çatdığı qeyd olunub. Prezident İlham Əliyevin cari ilin aprel ayında bu ölkəyə dövlət səfəri çərçivəsində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanmasının əlamətdar hadisə olduğu və gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdığı xüsusi vurğulanıb.

İki ölkənin həm ikitərəfli qaydada, həm də beynəlxalq müstəvidə uğurlu əməkdaşlığının təsdiqi olaraq Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləmiş ilk ölkələrdən biri olan Azərbaycanın tranzit imkanlarının Orta Dəhlizin inkişafına töhfə verdiyi, eləcə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişləndirilməsinin rəsmi Pekin tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin sürətli inkişafından, fəal siyasi dialoq və təcrübə mübadiləsinə önəmli töhfə verən qarşılıqlı səfərlərin intensiv xarakter almasından məmnunluq ifadə olunub, ötən ilin noyabrında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı iki partiya arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi bildirilib.

Görüşdə, həmçinin cari ildə nəzərdə tutulan tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see211

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see188

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see188

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see171

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see149

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see147

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see137

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see135

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see133

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see133

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see132

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see132

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see131

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see131

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see130

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see128

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see127

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri