Icma.az
close
up
RU
“Gələcək nəsillər hədəfdə: Demoqrafik tarazlıq sarsılır”

“Gələcək nəsillər hədəfdə: Demoqrafik tarazlıq sarsılır”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Müasir dövrdə cəmiyyətin dayanıqlı inkişafı üçün əsas amillərdən biri ailə institutunun möhkəmlənməsi, gender bərabərliyinin təmin olunması və demoqrafik balansın qorunmasıdır.

Bu sahələr bir-biri ilə sıx bağlı olmaqla, sosial sabitliyin, mənəvi dəyərlərin və insan potensialının qorunmasında mühüm rol oynayır. Azərbaycanda son illər bu istiqamətlərdə dövlət siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsi, ailə dəyərlərinin təbliği və gender bərabərliyi prinsiplərinin təşviqi diqqət mərkəzindədir.

Ölkədə demoqrafik vəziyyət, ailə siyasəti və gender bərabərliyi məsələləri cəmiyyətin gələcək inkişafı baxımından ciddi çağırışlar doğurur. Son illərdə doğum səviyyəsinin azalması, ailə qurma yaşının yüksəlməsi və gənclərin evliliyə marağının azalması demoqrafik balansın pozulmasına səbəb olur. Eyni zamanda, regionlar üzrə əhali artımında qeyri-bərabərlik, miqrasiya proseslərinin sürətlənməsi və şəhərləşmənin davam etməsi bu tarazlığı daha da çətinləşdirir.

Ailə institutunun zəifləməsi və sosial müdafiənin məhdudluğu boşanma hallarının artmasına, erkən və qeyri-rəsmi nikahların yayılmasına gətirib çıxarır. Gender bərabərliyi sahəsində isə hələ də ciddi problemlər qalır: qadınların əmək bazarında və rəhbər vəzifələrdə təmsilçiliyi məhduddur, məişət zorakılığı və gender stereotipləri davam edir. Xüsusilə regionlarda qadınların təhsil və məşğulluq imkanları şəhərlərlə müqayisədə daha zəifdir ki, bu da sosial və iqtisadi bərabərsizliyi dərinləşdirir.

Bütün bu məsələlər ölkənin sosial rifahının yüksəldilməsi və dayanıqlı inkişafı üçün prioritet sahələr kimi diqqət mərkəzindədir. Dövlət tərəfindən həyata keçirilən sosial siyasət – sosial müavinətlərin artırılması, ünvanlı yardımların genişləndirilməsi, çoxuşaqlı və şəhid ailələrinə dəstək, doğuma görə müavinətlər və analıq məzuniyyətləri – ailələrin sosial müdafiəsini gücləndirməyə xidmət edir. Eyni zamanda, gender bərabərliyinin təmin olunması üçün qanunvericilik bazası mövcuddur və qadınların məşğulluğunun artırılması məqsədilə müxtəlif dövlət proqramları icra olunur.

Bütün bu tədbirlər və strategiyalar cəmiyyətin demoqrafik, sosial və iqtisadi problemlərinin həllinə istiqamətlənmiş uzunmüddətli siyasətin tərkib hissəsidir və gələcəkdə ailələrin dayanıqlılığının güclənməsi, gender bərabərliyinin təmin olunması və ümumi sosial rifahın yüksəlməsi üçün əsas zəmin yaradır.

Onu da qeyd edək ki, Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşulub. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən konvensiyanın digərlərindən fərqi burda sadəcə cinsi əlamətə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanılmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir.

2001-ci ildə isə Azərbaycan ona aid Fakültətiv Protokolu ratifikasiya edib. 1998-ci ildə mərhum Prezident Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin(indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar verib. Bu isə gender siyasətinin dövlətin vacib strategiyalarından biri olduğunu göstərirdi. 2000-ci ildə prezident “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Sonra isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərir.

Respublikamızda məqsədyönlü gender siyasəti aparılır və bu mühüm sahə dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar xüsusi Dövlət Proqramı qəbul olunub, bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

“Demoqrafik azalma narahatlıq doğurur”

Mövzuyla bağlı “Xalq Cəbhəsi” nə açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova deyib ki, demoqrafik azalma, ailə institutunun zəifləməsi və gender bərabərliyi sahəsindəki problemlər cəmiyyət üçün aktual çağırış olaraq qalır.

Onun sözlərinə görə, doğum səviyyəsinin azalması, ailə qurma yaşının yüksəlməsi və gənclər arasında evliliyə marağın zəifləməsi əsas çağırışlardandır: “Regionlar üzrə əhali artımında qeyri-bərabərlik, miqrasiya prosesləri və şəhərləşmənin sürətlənməsi demoqrafik tarazlığa təsir göstərir. Ailə siyasəti sahəsində maddi rifahın ailələrin dayanıqlılığına təsiri, boşanmaların artması, erkən və qeyri-rəsmi nikah halları da ciddi problemlər sırasında yer alır. Gender bərabərliyi sahəsində də hələ həllini tapmayan məsələlər mövcuddur. Qadınların əmək bazarında və rəhbər vəzifələrdə təmsilçiliyi məhduddur, məişət zorakılığı və gender stereotipləri isə hələ də qalmaqdadır. Xüsusilə regionlarda qadınların təhsil və məşğulluq imkanları şəhərlərlə müqayisədə daha zəifdir”.

Deputat vurğulayıb ki, dövlət bu problemlərin aradan qaldırılması istiqamətində ardıcıl sosial siyasət həyata keçirir: “Sosial müavinətlərin artırılması, ünvanlı sosial yardımların genişləndirilməsi, çoxuşaqlı və şəhid ailələrinə dəstək, doğuma görə müavinətlər və analıq məzuniyyətləri ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Gender bərabərliyinin təmin olunması üçün qanunvericilik bazası mövcuddur və qadınların məşğulluğunun artırılması məqsədilə müxtəlif dövlət proqramları icra olunur. Bu sahələrdə davamlı inkişaf üçün sosial rifahın yüksəldilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və ictimai şüurun formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

“Demoqrafik vəziyyətin psixoloji yükü”

Psixoloq Nizami Oruc vurğulayıb ki, hazırkı demoqrafik vəziyyət və ailə siyasəti insanların gündəlik həyatına birbaşa təsir göstərir: “Ailələrin iqtisadi yükünün artması, uşaq baxımı, mənzil və iş təhlükəsizliyi ilə bağlı çətinliklər gəncləri evliliyi təxirə salmağa və uşaqların sayını azaltmağa sövq edir. Bu isə ailə daxilində stressin artmasına, uzunmüddətli qeyri-müəyyənlik isə psixoloji gərginlik, emosional tükənmə və münasibətlərdə məsafələşməyə gətirib çıxarır. Gender bərabərliyi sahəsindəki problemlər də sosial rifaha təsirsiz qalmır.

Qadınlar həm peşəkar, həm də ailə rollarını eyni anda daşımaq məcburiyyətində qalır, kişilər isə ailəni təmin etməli olduqları təzyiq altında yaşayır. Bu balanssızlıq ailə münasibətlərində gərginlik və rol konfliktlərinə səbəb olur.İnsanların həyat keyfiyyətini artırmaq üçün ailəyönümlü sosial dəstək mexanizmləri gücləndirilməli, uşaq baxımı və valideynlik xidmətləri əlçatan olmalı, iş–ailə balansını qoruyan siyasətlər tətbiq edilməli və gender rollarına çevik yanaşmalar təşviq edilməlidir.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Yanvar 2026 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri