Aİ və Hindistan 20 illik danışıqlardan sonra azad ticarət sazişi üzrə razılığa gəlib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Yeni Delhidə Avropa İttifaqı (Aİ) ilə Hindistan arasında azad ticarət sazişi imzalanıb.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat yayıb.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Yeni Delhiyə səfər edərək Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Səfər çərçivəsində Aİ və Hindistan 20 il davam edən danışıqlardan sonra azad ticarət sazişi üzrə razılığa gəlib.
Ursula von der Leyen hər iki tərəfin bu sazişdən faydalanacağını bildirib.
Hindistanın Baş naziri Narendra Modi isə sazişi “tarixin ən böyük ticarət müqaviləsi” adlandırıb.
Razılaşmaya əsasən, Hindistan Avropadan gələn meyvə şirələri, emal olunmuş qida məhsulları, zeytun yağı, marqarin və digər bitki yağları üzərində gömrük rüsumlarını ləğv edəcək. Beləliklə, Aİ-nin kənd təsərrüfatı məhsullarının idxalı üçün böyük bazar açılacaq. Bundan əlavə, Avropanın sərt içkilərinə tətbiq olunan 150%-ə qədər rüsumlar 40%-ə endiriləcək.
Avropa İttifaqı isə ekoloji əməkdaşlıq öhdəliyi götürüb və Hindistana istixana qazı emissiyalarının azaldılmasına və sənaye transformasiyasına dəstək üçün 500 milyon avro ayıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Yanvar 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















