SON DƏQİQƏ: Suriya Türkiyənin dəstəyi ilə yenidən ayağa qalxacaq Ərdoğan
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Prezident Rəcəb Tayyib Ərdoğan Suriya xalqının sülh və sabitlik istədiyini bildirərək deyib ki, Suriya Türkiyənin dəstəyi ilə yenidən ayağa qalxacaq və bu, regionda müsbət dəyişikliklərə yol açacaq.
Sherg.az xəbər verir ki, Ərdoğan qeyd edib ki, Suriyada sabitliyin bərqərar olması ticarətin canlanmasına, turizmin inkişafına və genişmiqyaslı bərpa prosesinin başlanmasına səbəb olacaq.
İqtisadiyyatla bağlı danışan prezident inflyasiyanın son 49 ayın ən aşağı səviyyəsinə endiyini, Mərkəzi Bankın ehtiyatlarının isə 200 milyard dolları keçdiyini vurğulayıb. O, 2025-ci ildə ixrac və turizmdə rekord göstəricilərə nail olunduğunu da bildirib.
Ərdoğan Suriyada kürdlərin hüquqlarının qorunmasından məmnunluq duyduğunu deyib, terror fəaliyyətlərinin sona çatdığını və “dövlət daxilində dövlətin olmayacağını” bəyan edib. Onun sözlərinə görə, Suriyanın sərvətləri bundan sonra yalnız Suriya xalqına xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 27 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















