Aİ Yaxın Şərq üçün uçuş xəbərdarlığını 2026 cı ilədək uzatdı
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Yaxın Şərq və Fars körfəzi üçün “uçuş xəbərdarlığını” 1 iyul 2026-cı il tarixinədək uzadıb və Vaşinqtonla Tehran arasında əldə olunan çərçivə razılaşması və atəşkəsə baxmayaraq risklərin davam etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Kölndə yerləşən EASA-nın yenilədiyi Münaqişə Zonası Məlumat Bülletenində (CZIB) qeyd olunur ki, regionda təhlükəsizlik vəziyyəti hələ də qeyri-sabitdir.
Sənəddə ABŞ və İran arasındakı atəşkəsin, xüsusilə Hörmüz boğazı və ətrafında qısamüddətli pozuntulara qarşı həssas olduğu vurğulanır. Eyni zamanda İsrail və Hizbullah arasında mövcud kövrək atəşkəs səbəbindən Livan hava məkanında hərbi risklərin davam etdiyi bildirilir.
Qurum əvvəlcə 24 iyunda başa çatması planlaşdırılan uçuş xəbərdarlığının son risk qiymətləndirmələrindən sonra uzadıldığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan,az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 24 İyun 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















