Aİ Zelenskinin Trampla barışıq cəhdini uğursuz hesab edib
Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Ukrayna lideri Volodimir Zelenskinin Ağ Evdəki qalmaqaldan sonra ABŞ prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmaq cəhdinin uğursuz olduğuna dair fikir bildirib.
Bu barədə "The Telegraph" məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals Ukrayna ilə dialoqun bərpa olunmasını müdafiə edib , Trampın xüsusi elçisi Steven Uitkof və ABŞ müdafiə naziri Pit Heqset isə Zelenskinin vaxt itirməsinə dəyməz olduğunu bildirib.
Bundan əlavə, "The Telegraph" -ın iddia edib ki, Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna lideri ilə söhbətində ona Ağ Ev rəhbərinin münaqişənin həlli istiqamətində səylərini dəstəkləməyi və mineral ehtiyatlar üzrə sazişin bağlanmasını təsdiq etməyi tövsiyə edib.
Mövsüm
Aznews.az

