Icma.az
close
up
RU
Zelenskinin Trampla gizli görüşü?

Zelenskinin Trampla gizli görüşü?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ukrayna hakimiyyəti respublikaçı Donald Trampın ABŞ-nin növbəti prezidenti ola biləcəyini nəzərə alaraq “qələbə planını” buna uyğun hazırlayıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Financial Times” qəzeti noyabrın 12-də mənbələrə istinadən yazır. 

Plan Ukraynaya maliyyənin dayandırılmasını və Rusiya-Ukrayna müharibəsinə tez son qoymağın tərəfdarı olan Trampa qalib gəlməsindan sonrakı hərəkətlərinə uyğun olaraq hazırlanıb.

Ukrayna və Avropa rəsmiləri bildiriblər ki, Ukraynanın Avropa və ABŞ-dəki müttəfiqləri, o cümlədən yüksək vəzifəli respublikaçılar Ukraynaya kritik yardımı kəsməkdənsə, Trampın Kiyevlə yaxından işləməsini təmin etmək üçün təkliflərin daha yaxşı formalaşdırılmasına dair məsləhətlər veriblər.

“Qələbə planı”nda iki təklif xüsusi olaraq Tramp üçün hazırlanıb. Birincisi, müharibə başa çatdıqdan sonra Avropadakı Amerika qoşunlarının bir hissəsinin ukraynalılarla dəyişdirilməsidir. İkincisi, Ukrayna ən mühüm təbii ehtiyatlarını Qərb tərəfdaşları ilə bölüşəcək. Son təklif respublikaçı senator Lindsey Graham tərəfindən hazırlanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrda Nyu-Yorkda Donald Trampla görüşdə qeyd olunan iki təklifi təqdim edib. 

Görüşdən xəbəri olan FT mənbəsi Trampın təkliflərlə maraqlandığını bildirib.

Planın hazırlanmasında iştirak edən mənbə bildirib ki, Ukrayna 2024-cü ilin yayında “Tramp öz nöqteyi-nəzərini tətbiq etməzdən əvvəl öz nöqteyi-nəzərini tətbiq etmək üçün” təkliflərini hazırlamağa başlayıb. 

“Bayden administrasiyası ilə bağlı narazılığın səviyyəsi o qədər yüksək idi ki, onlar artıq dəyişikliyin  vaxtının çatdığını hiss edib. Bu dəyişiklik Trampın qələbəsi nəzərdə tutulur-red.) yaxşı ola bilər”, - mənbə bildirib.

Bundan əlavə, mənbələrə görə, Ukrayna ölkənin ABŞ-dəki səfiri Oksana Markarovanı əvəz etməklə “Tramp düşərgəsini sakitləşdirməyə” çalışır. Bundan əvvəl Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson Zelenskinin ABŞ-də yalnız demokratların iştirak etdiyi müdafiə zavoduna səfərini təşkil etdikdən sonra Markarovanın işdən çıxarılmasını tələb edib. 

Mənbələrin bildirdiyinə görə, Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kulebaya səfir postu təklif edilib, lakin o, bundan imtina edib. Ukrayna Xarici İşlər Nazirliyi, ölkənin Vaşinqtondakı səfirliyi və Kuleba bu barədə şərh verməyib.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri