Icma.az
close
up
RU
AİB ölkəmizə də texniki yardım ayırıb

AİB ölkəmizə də texniki yardım ayırıb

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Asiya İnkişaf Bankı (AİB) “Özəl sektor əməliyyatlarında inkişafa təsirin dərinləşdirilməsi” layihəsi çərçivəsində 2,19 milyon ABŞ dolları məbləğində texniki yardımın ayrılmasını təsdiqləyib.

Bankdan bildiriblər ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da daxil olmaqla 42 ölkəni əhatə edir. Maliyyələşdirmə Xüsusi Texniki Yardım Fondu vasitəsilə təmin ediləcək.

Bankın məlumatına görə, bu texniki yardım AİB-in bütün inkişaf etməkdə olan üzv ölkələrində özəl sektor əməliyyatlarında layihələrin keyfiyyətinin artırılmasına yönəldiləcək. “2030 Strategiyası çərçivəsində regionumuzun qarşılaşdığı cari çağırışları nəzərə alaraq, AİB-in üzv ölkələrə ərzaq təhlükəsizliyi problemlərinin həllində, rəqəmsal fərqin aradan qaldırılmasında, dayanıqlı enerji sistemlərinin inkişafında və iqlim dəyişikliyinə qarşı dayanıqlılığın gücləndirilməsində dəstək verməsinə təcili ehtiyac var. Bütün bu istiqamətlərdə daha cəsarətli, sürətli və sıx əməkdaşlıq içində hərəkət etmək lazımdır”, – deyə məlumatda qeyd olunub.

Texniki yardım özəl sektorun inkişafını, regional əməkdaşlığı, rəqəmsal transformasiyanı, dayanıqlılığı və imkanların genişləndirilməsini təşviq etmək üçün maliyyə həlləri, bilik və tərəfdaşlıqların təmin edilməsinin yaxşılaşdırılmasına yönəlib. Yardımın ümumi nəticəsi özəl sektor əməliyyatlarının inkişafa təsirinin artırılmasıdır. Bu nəticəyə nail olmaq üçün bir sıra komponentlər nəzərdə tutulub. Bura, özəl sektora yüksək səmərəli investisiyaları stimullaşdırmağa yönəlmiş layihə portfelinin daha effektiv şəkildə formalaşdırılması və layihələrin işlənib hazırlanması; özəl sektor layihələrinin icrasının yaxşılaşdırılması; həmçinin özəl sektor vasitəsilə inkişafa təsirin qiymətləndirilməsi və bilik mübadiləsinin genişləndirilməsi daxildir.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən Asiya İnkişaf Bankının üzvüdür. Ötən müddətdə bank ölkəmizə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard dollardan çox, enerji layihələrinə isə 1,7 milyard dollar yatırım edib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri